Macarıstan-2023: Həftəsonuna ilkin hava proqnozu

Macarıstan Qran Prisi günləri üçün ilkin proqnozlar Hunqarorunqdə olduqca isti hava vəd edir.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü həftəsonunun ən “sərin” günü olmalıdır – havanın temperaturu +31 dərəcəyə qədər artacaq. Səma buludsuz olacaq. Şənbə günü +34 dərəcə istilik gözlənilir. Bazar günü isə hərarət pik həddə çatacaq. Sürücülər +37 dərəcədə mübarizə aparmalı olacaqlar.

Xatırladaq ki, keçən il sərbəst yürüşlər yağışlı, digər sessiyalar isə quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*