Macarıstan-2023: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları bu həftəsonu baş tutacaq Macarıstan Qran Prisinin nəticələri üçün əmsal cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, Silverstounda bu mövsüm səkkizinci, ardıcıl isə altıncı qələbəsini qazanan Ferstappenin zəfərə ən şanslı sürücü hesab edilməsi təəccüb doğurmur. Onun əmsalı ən yaxın izləyicisi Peresdən 9 dəfə çoxdur. Reytinqdə üçüncülük Alonsonundur. Onun qələbəsinə Həmilton, Lekler və keçən yarışın ulduzu Norrisdən daha çox inanırlar…

Macarıstan Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 1.33
Serxio Peres 11.00
Fernando Alonso 13.00
Lyuis Həmilton 15.00
Şarl Lekler, Lando Norris 19.00
Karlos Sayns 21.00

 

Çempionatda Maksın Peresi 99 xal, Red Bull-un isə ən yaxın rəqibi Mercedes-i iki dəfə üstələməsinə görə hər iki titulun qələbəsi üçün hazırda pul qoyuluşları qəbul edilmir. Lakin mövsüm ərzində gözlənilməz dəyişiklik olarsa, istisna deyil ki, şirkət yenidən pul qəbulunu bərpa edəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*