F-1.az bildirir ki, günün əsas hadisəsi Helmut Markonun qərarı ilə AlphaTauri-dən göndərilən Nik de Frizin yerinə Daniel Rikkardonun əsas sürücü kimi sükan arxasına keçməsi olub.
Yaşlı mütəxəssis sessiyanın əvvəlindəcə yenə başını narazılıqla yelləməli olub – Peres beşinci döngədə səhvə yol verərək divara çırpılıb. Qırmızı bayraqlar dalğalanıb. Onun maşınını bərpa etmək mümkün olmayıb və meksiaklı sürücü qalan vaxtı boksda keçirib.
Yaşıl işıqlardan az sonra yağış başlayıb, Bottas sürüşərək otluğa çıxıb. Sürücülər ehtiyat məqsədi ilə qarajlarda gözləmək qərarına gəliblər. Maşınlara yaşıl təkərlər taxılsa da, yağış daha da güclənib. Həftəsonu daha yağıntı gözlənilmədiyi üçün heç kim risk etmək istəməyib. Sonlara yaxın yenidən keçid təkərlərlə trasa çıxıblar, lakin bu dəfə də Karlos Saynsın qəzası sessiyanın dayanmasına səbəb olub.
Protokollara Corc Rassell başçılıq edib – 1:38.795. Məşqlər bu gün davam edəcək…
Məşqlər axşam davam edəcək.
BİRİNCİ SESSİYANIN NƏTİCƏLƏRİ
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 63 | Corc Rassell | Mercedes | 1:38.795 | – | 13 |
2 | 81 | Oskar Piastri | McLaren | 1:39.154 | +0.359 | 14 |
3 | 18 | Ləns Stroll | Aston Martin | 1:40.013 | +1.218 | 10 |
4 | 4 | Lando Norris | McLaren | 1:40.277 | +1.482 | 13 |
5 | 14 | Fernando Alonso | Aston Martin | 1:40.687 | +1.892 | 8 |
6 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:41.032 | +2.237 | 14 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:41.142 | +2.347 | 12 |
8 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:41.363 | +2.568 | 9 |
9 | 2 | Loqan Sarcent | Williams | 1:41.416 | +2.621 | 15 |
10 | 27 | Niko Hülkenberq | Haas | 1:42.706 | +3.911 | 12 |
11 | 2 | Kevin Maqnussen | Haas | 1:42.906 | +4.111 | 14 |
12 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:45.575 | +6.780 | 7 |
13 | 23 | Aleksander Elbon | Williams | 1:47.407 | +8.612 | 10 |
14 | 3 | Daniel Rikkardo | AlphaTauri | – | – | 7 |
15 | 55 | Karlos Sayns | Ferrari | – | – | 6 |
16 | 11 | Serxio Peres | Red Bull | – | – | 2 |
17 | 31 | Esteban Okon | Alpine | – | – | 4 |
18 | 10 | Pyer Qasli | Alpine | – | – | 3 |
19 | 1 | Maks Ferstappen | Red Bull | – | – | 4 |
20 | 44 | Lyuis Həmilton | Mercedes | – | – | 3 |