Macarıstan-2022: Yarış

Adətən Macarıstanda həftəsonu isti və darıxdırıcı olur. Lakin bu dövrə təsadüf edən nadir yağışlı günlər hər şeyi dəyişə bilir. Bu dəfə də şənbə günü fərqli hava şəraiti bəxş edib.

F-1.az xatırladır ki, isti cümə günü baş tutan sərbəst yürüşlərdə Ferrari sürücüləri hamıdan sürətli olub. Dünən isə yağışlı havada Nikolas Latifi protokollara başçılıq edib. Sıralanma turunda heç kimin gözləmədiyi halda Corc Rassell hamını üstələyərək karyerasında ilk poulu qazanıb.

Pirelli bura orta üçlüyü – C2, C3 və C4tərkiblərini gətirib. Rassell, Norris, Rikkardo, Ferstappen, Peres, Stroll, Tsunoda, Elbon, Fettel və Qasli yumşaq, qalanları isə orta təkərlərlə start alıblar.

Yarışa ilk cərgədən Rassell və Sayns, ikinci cərgədən Lekler və Norris, üçüncü cərgədən Okon və Alonso başlayıb. Həmiltonun start mövqeyi 7, Ferstappeninki isə 10 olub. Qapalı oark qaydalarını pozan Qasli isə başlamaq üçün pit-leynə göndərilib.

Startda Rassell yerini qoruyub, Həmilton hər iki Alpine sürücüsünü qabaqlayıb. Bottas geriləyib. İkinci döngədə Fettel və Elbonun təmasından sonra trasa səpələnən qırıntıları təmizləmək üçün VTM rejimi elan edilib. Hadisə yarış insidenti kimi dəyərləndirilib. 2-ci dövrədə ilk onluq: Rassell – Sayns – Lekler – Norris – Həmilton – Okon – Alonso – Ferstappen – Peres – Maqnussen.

Restart üçüncü dövrədə verilib, düzülüşdə dəyişiklik olmayıb. Maks 5-ci dövrədə Alonsonu keçərək 7-ci olub. İki dövrə sonra o Okonu, komanda yoldaşı isə Alonso geridə qoyub. Maqnussenə maşını zədələndiyi üçün xəbərdarlıq edilib və o boksa gələrək burun hissəni dəyişdirib.

Peres də Okonu ötüb, Həmilton Norrisə təzyiqlər göstərməyə başlayıb. Ferstappen də onlara yaxınlaşıb. Lando 12-ci dövrədə hər iki sürücü tərəfindən keçilib. Bir qədər sonra Peres də Landodan öndə olub. Ferstappen motorla bağlı problemdən şikayətlənib, komanda sensorun sıradan çıxdığını bildirib. Tsunoda 14-cü dövrədə pit-stop edib. Ona 15-ci dövrədə Norris və Stroll, 16-cıda Rikkardo və Fettel, 17-cidə Rassell, Ferstappen və Qasli, 18-cidə Sayns, sonrakı iki dövrədə isə Peres, Latifi və Həmilton qoşulublar.

Maks Elbonu üstələyərək 5-ci olub. Bir qədər sonra Bottas və Norris Çjounu mübarizədə məğlub ediblər. Peres Şumaxeri keçib. Lekler təkərlərini dəyişərək Rassellin arxasında, Saynsın isə önündə trasa qayıdıb. Alonso, Şumaxer, Elbon və Okon da bir qədər sonra yeni təkərlərə keçiblər.

Alonso 24-cü dövrədə Okona hücum edib, lakin Rikkardo fürsətdən istifadə edərək onların hər ikisini eyni anda keçib. Alfa Romeo sürücüləri də pit-stopa dəvət ediliblər. 28-ci dövrədə ilk onluq: Rassell – Lekler – Sayns – Ferstappen – Həmilton – Peres – Norris – Rikkardo – Okon – Stroll.

Stroll Okonu ötüb. Lekler Rassell ilə fərqi azaldıb, bir neçə hücumdan sonra nəhayət, 31-ci dövrədə onu ötərək liderliyə yüksəlib. Fettel də Alonsonu üstələyib. Təkərlərini yenicə dəyişən Tsunoda döngənin çıxışında yerində fırlansa da, yoluna davam edib. Maqnussen 37-ci dövrədə pit-stop edib. Fettel Okonu da geridə qoyub. Ferstappen 38-ci dövrədə, Lekler və Rassell isə bir dövrə sonra yeni təkərlərə keçiblər. Cors Maksın arxasında trasa qayıdıb, Lekler isə gözlənilmədən Hard təkərlərə keçib.

Ferstappen Şarl ilə fərqi sürətlə qapadıb və 41-ci dövrədə onu geridə qoyub. Lakin bir qədər sonra yerində fırlanıb və monakolu sürücü mövqeyini bərpa edib. Şumaxer, Peres və Norris növbəti pit-toplarına yollanıblar. Maks əsas rəqibini 45-ci dövrədə bir daha keçib və ondan dərhal uzaqlaşıb. Rikkardo, Stroll, Fettel, Qasli və Sayns yeni təkərlərə keçiblər. Stroll Rikkardoya hücumlar edib, təmas yaşanıb. Növbəti cəhddə kanadalı sürücü önə keçib, Danielə 5 saniyəlik cəza verilib.

Fettel Rikkardonu qabaqlayıb. Çjou və Tsunoda yenə pit-stop edib. Rassell ikinci yer uğrunda mübarizədə Lekleri geridə qoyub. 55-ci dövrədə ilk onluq: Ferstappen – Rassell – Lekler – Sayns – Həmilton – Peres – Norris – Alonso – Okon – Bottas.

Leklerin sərt təkərləri heç işləməyib və o Soft təkərlər üçün yenidən pit-stopa çağrılıb, trasa 6-cı yerdə qayıdıb. Qasli də Rikkardonu qabaqlayıb. Latifi pit-stop edib. Həmilton Saynsa sürətlə yaxınlaşaraq 53-cü dövrədə onu ötüb və ilk üçlüyə yüksəlib. İki dövrə sonra isə komanda yoldaşını da geridə qoyaraq ikinci olub. Fettel Strollu keçərək ilk onluğa qalxıb.

Bottas 68-ci dövrədə yanacaq sistemindəki problemə görə trasda dayanıb. VTM rejimi elan edilib, maşın tez təxliyə edilib. Maqnussen pit-stop edib. Restartdan sonra trasda xüsusi bir şey baş verməyib.

Beləliklə, Maks Ferstappen mövsümdə 8-ci, karyerasında isə 28-ci qələbəsinə sevinib. Lyuis Həmilton isə ikinci olaraq ardıcıl beşinci podiumunu alıb. Corc Rassell üçüncü yeri tutub və bir həftə əvvəl Fransadakı podium təkrarlanıb.

Qarşıda bizi Ferstappenin 80 xallıq üstünlüklə yollandığı uzun yay fasiləsi gözləyir. Çempionat avqustun sonlarında Belçikada – əfsanəvi Spada davam edəcək.

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 1 Maks Ferstappen Red Bull 1:39:35.912 2
2 44 Lyuis Həmilton Mercedes + 0:07.834 2
3 63 Corc Rassell Mercedes + 0:12.337 2
4 55 Karlos Sayns Ferrari + 0:14.579 2
5 11 Serxio Peres Red Bull + 0:15.688 2
6 16 Şarl Lekler Ferrari + 0:16.047 3
7 4 Lando Norris McLaren + 1:18.300 2
8 14 Fernando Alonso Alpine +1 dövrə 1
9 31 Esteban Okon Alpine +1 dövrə 1
10 5 Sebastyan Fettel Aston Martin +1 dövrə 2
11 18 Ləns Stroll Aston Martin +1 dövrə 2
12 10 Pyer Qasli AlphaTauri +1 dövrə 2
13 24 Quanyu Çjou Alfa Romeo +1 dövrə 2
14 47 Mik Şumaxer Haas +1 dövrə 2
15 3 Daniel Rikkardo * McLaren +1 dövrə 2
16 20 Kevin Maqnussen Haas +1 dövrə 3
17 23 Aleksander Elbon Williams +1 dövrə 3
18 6 Nikolas Latifi Williams +1 dövrə 3
19 22 Yuki Tsunoda AlphaTauri +2 dövrə 3

 

* – Ləns Stoll ilə insidentə görə Daniel Rikkardonun nəticəsinə 5 saniyə əlavə edilib

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:21.386 (57-ci dövrə, 193.787 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Valtteri Bottas Alfa Romeo 58 yanacaq sistemi

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 258
2 16 Şarl Lekler Scuderia Ferrari 178
3 11 Serxio Peres Red Bull Racing 173
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 158
5 55 Karlos Sayns Scuderia Ferrari 156
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 146
7 4 Lando Norris McLaren Racing 76
8 31 Esteban Okon Alpine F1 Team 58
9 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 46
10 14 Fernando Alonso Alpine F1 Team 41
11 10 Kevin Maqnussen Haas F1 Team 22
12 3 Daniel Rikkardo McLaren Racing 19
13 20 Pyer Qasli Scuderia AlphaTauri 16
14 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 16
15 47 Mik Şumaxer Haas F1 Team 12
16 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
17 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 5
18 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 4
19 23 Aleksander Elbon Williams Racing 3

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 431
2 Scuderia Ferrari Ferrari 334
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 304
4 Alpine F1 Team Renault 99
5 McLaren F1 Team Mercedes 95
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 51
6 Haas F1 Team Ferrari 34
8 Scuderia AlphaTauri Red Bull 27
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 20
10  Williams Racing Mercedes 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*