Derek Uorik 1981-ci ildə Toleman komandası ilə Formula1-də debüt edib, daha sonra Renault, Brabham, Arrows və Lotus komandalarında çıxış etməklə 146 yarışda start alıb. Dörd dəfə podiuma qalxan britaniyalı sürücü karyerasını 1993-cü ildə başa vurub.
F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Bernoldi ilə birlikdə həftəsonunun mübahisəli insidentlərini FİA-nın Apellyasiya Məhkəməsinin üzvü Niş Şetti və Avstraliya Ralli Komissiyasının üzvü Metyu Selli araşdıracaq.
Derek bu il artıq iki dəfə – Bəhreyn və Monakodakı yarışlara təyinat alıb.
Onunla yanaşı, bu il üçüncü stüard qismində Səudiyyə Ərəbistanı, Avstraliya və Fransada Enrike Bernoldi, İmola və Bakıda Mika Salo, Mayami və Böyük Britaniyada Dənni Sallivan, İspaniya və Avstriyada Vitantonio Liutsi, Kanadada isə Emanuele Pirro iştirak edib.