F-1.az bildirir ki, ilk olaraq Ferrari sürücüləri yağış təkərləri ilə trasa çıxıblar. 7 dəqiqə sonra isə Alonso keçid təkərləri seçib. Səhvlər olsa da, geniş təhlükəsizlik zonaları maşınların zədələnməsinin qarşısını almağa imkan verib. Yağış şiddətlənib və sürücülər şəraitin yaxşılaşmasını gözləmək üçün bokslara qayıdıblar.
RB pilotları sessiyanın ilk hissəsini buraxıblar. Yağış dayanıb və tezliklə hamı keçid təkərlərlə trasa çıxıb. Qasli döngənin çıxışında yerində fırlanıb və boksa qayıdıb. Sessiya sona 10 dəqiqə qalmış qırmızı bayraqlarla dayandırılıb – Fettel yerində fırlanaraq maşının arxasını maneəyə çırpıb. Fasilə 6 dəqiqə davam edib.
Getdikcə quruyan trasda hər növbəti dövrə daha sürətli olub. Protokollara isə son dövrəni vuran Nikolas Latifi karyerasında ilk dəfə başçılıq edib – 1:41.480. Bizi maraqlı sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 6 | Nikolas Latifi | Williams | 1:41.480 | – | 17 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1:42.141 | 0.661 | 14 |
3 | 23 | Aleksander Elbon | Williams | 1:42.381 | 0.901 | 19 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:43.205 | 1.725 | 10 |
5 | 63 | Corc Rasselll | Mercedes | 1:43.434 | 1.954 | 13 |
6 | 14 | Fernando Alonso | Alpine | 1:43.570 | 2.090 | 16 |
7 | 55 | Karlos Sayns | Ferrari | 1:43.589 | 2.109 | 15 |
8 | 4 | Lando Norris | McLaren | 1:43.743 | 2.263 | 13 |
9 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:44.178 | 2.698 | 14 |
10 | 20 | Kevin Maqnussen | Haas | 1:44.655 | 3.175 | 20 |
11 | 44 | Lyuis Həmilton | Mercedes | 1:44.832 | 3.352 | 11 |
12 | 47 | Mik Şumaxer | Haas | 1:45.156 | 3.676 | 18 |
13 | 31 | Esteban Okon | Alpine | 1:45.570 | 4.090 | 17 |
14 | 3 | Daniel Rikkardo | McLaren | 1:45.624 | 4.144 | 11 |
15 | 18 | Ləns Stroll | Aston Martin | 1:45.638 | 4.158 | 17 |
16 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:45.691 | 4.211 | 17 |
17 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:45.850 | 4.370 | 17 |
18 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:45.930 | 4.450 | 20 |
19 | 10 | Pyer Qasli | AlphaTauri | 1:46.091 | 4.611 | 18 |
20 | 11 | Serxio Peres | Red Bull | 1:48.240 | 6.760 | 11 |