F-1.az xatırladır ki, dünənki sərbəst yürüşlərdə Ferrari sürücüləri hamıdan sürətli olub. Bu gün isə yağışlı havada Nikolas Latifi protokollara başçılıq edib.
İlk sessiyada sürücülər yağış ehtimalına görə trasa çıxıb tez dövrə vurmaq üçün tələsiblər. Ferrari tıxaca görə ilk 5 dəqiqə ərzində sürücülərini boksda gözlədib. Ən yaxşı nəticəni Lyuis Həmilton göstərib – 1:18.374. Beşinci döngədə səhvə yol verərək vaxt itirən Qasli ilə yanaşı, Latifi, Fettel, Elbon və Tsunoda üçün sıralanma turu çox erkən başa çatıb.
İkinci Sessiyada əksər sürücülər işlənmiş Soft təkərlə ilk cəhdləri üçün trasa çıxıblar. Həmilton səhvə yol verərək boksa qayıdıb, Peresin nəticəsi isə beçinci döngədə trasdan çıxdığı üçün silinib. Ferstappen ilk cəhdində 1:17.703-lük nəticə ilə ən yaxşı dövrəni vurub, Alonso ona bir qədər uduzub. Lekler ikinci cəhdində Maksa çox yaxınlaşıb. Peres sürücülərin ona mane olduğunu bildirib və ilk onluqdan kənarda qalıb. Onunla yanaşı, Şumaxer, Stroll, Maqnussen və Çjou da son sessiyaya keçə bilməyib.
Son sessiyada Ferstappen, Lekler, Alonso və Sayns təzə, qalan sürücülər isə işlənmiş yumşaq təkərlərlə trasa çıxıblar. Sayns ilk cəhddə hamını üstələyib, Ferstappen isə səhvə yol verərək 7-ci olub. Niderlandlı sürücü ikinci cəhdində motorun güc itirməsindən şikayətlənib. Həmilton DRS probleminə görə cəhdindən imtina edib. Sayns nəticəsini yaxşılaşdırsa da, poul gözlənilmədən Corc Rassellə gedib – 1:17.377.
Corc Rassell karyerasında ilk poulunu əldə edib. Bu, həm də Mercedes üçün cari mövsümdə ilkdir. Sabah onun yanından Sayns start alacaq. İkinci cərgə Lekler və Norrisin, üçüncü cərgə isə Alpine sürücülərinindir. Ferstappen 10-cu yerdən tarışa başlayacaq…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 63 | Corc Rassell | Mercedes | 2 | 1:18.407 | 10 | 7 | 1:18.154 | 7 | 1:17.377 | 6 |
2 | 55 | Karlos Sayns | Ferrari | 3 | 1:18.434 | 8 | 4 | 1:17.946 | 8 | 1:17.421 | 6 |
3 | 16 | Şarl Lekler | Ferrari | 8 | 1:18.806 | 8 | 2 | 1:17.768 | 8 | 1:17.567 | 6 |
4 | 4 | Lando Norris | McLaren | 5 | 1:18.653 | 8 | 6 | 1:18.121 | 5 | 1:17.769 | 6 |
5 | 31 | Esteban Okon | Alpine | 9 | 1:18.866 | 8 | 9 | 1:18.216 | 6 | 1:18.018 | 6 |
6 | 14 | Fernando Alonso | Alpine | 6 | 1:18.716 | 8 | 3 | 1:17.904 | 3 | 1:18.078 | 6 |
7 | 44 | Lyuis Həmilton | Mercedes | 1 | 1:18.374 | 10 | 5 | 1:18.035 | 6 | 1:18.142 | 5 |
8 | 77 | Valtteri Bottas | Alfa Romeo | 10 | 1:18.935 | 8 | 10 | 1:18.445 | 6 | 1:18.157 | 6 |
9 | 3 | Daniel Rikkardo | McLaren | 7 | 1:18.775 | 7 | 8 | 1:18.198 | 6 | 1:18.379 | 6 |
10 | 1 | Maks Ferstappen | Red Bull | 4 | 1:18.509 | 10 | 1 | 1:17.703 | 6 | 1:18.823 | 5 |
11 | 11 | Serxio Pers | Red Bull | 13 | 1:19.118 | 10 | 11 | 1:18.516 | 6 | ||
12 | 24 | Quanyu Çjou | Alfa Romeo | 11 | 1:18.973 | 10 | 12 | 1:18.573 | 6 | ||
13 | 20 | Kevin Maqnussen | Haas | 12 | 1:18.993 | 10 | 13 | 1:18.825 | 8 | ||
14 | 18 | Ləns Stroll | Aston Martin | 15 | 1:19.205 | 10 | 14 | 1:19.137 | 6 | ||
15 | 47 | Mik Şumaxer | Haas | 14 | 1:19.164 | 8 | 15 | 1:19.202 | 8 | ||
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 16 | 1:19.240 | 9 | |||||
17 | 23 | Aleksander Elbon | Williams | 17 | 1:19.256 | 10 | |||||
18 | 5 | Sebastyan Fettel | Aston Martin | 18 | 1:19.273 | 10 | |||||
19 | 10 | Pyer Qasli | AlphaTauri | 19 | 1:19.527 | 9 | |||||
20 | 6 | Nikolas Latifi | Williams | 20 | 1:19.570 | 10 |