F-1.az bildirir ki, Macarıstanda cümə axşamı baş tutacaq mətbuat konfranslarında 2 qrup saytların və nəşrlərin nümayəndələrinin suallarını cavablayacaq, digər iki qrup isə televiziya əməkdaşlarının qarşısına çıxacaq.
Mətbuat mərkəzində əvvəlcə Yuki Tsunoda (AlphaTauri), Ləns Stroll (Aston Martin), Karlos Sayns (Ferrari), Corc Rassell (Mercedes) və Maks Ferstappen (Red Bull) gələcəklər.
Daha sonra onları Valtteri Bottas (Alfa Romeo), Esteban Okon (Alpine), Daniel Rikkardo (McLaren), Kevin Maqnussen (Haas) və Aleksander Elbon (Williams) əvəz edəcək.
Quanyu Çjou (Alfa Romeo), Sebastyan Fettel (Aston Martin), Şarl Lekler (Ferrari), Lando Norris (McLaren) və Nikolas Latifi (Williams) mətbuat mərkəzinə getməyəcək, telekanalların əməkdaşlarının suallarını cavablayacaq.
Ən son olaraq isə növbə Fernando Alonso (Alpine), Pyer Qasli (AlphaTauri), Mik Şumaxer (Haas), Lyuis Həmilton (Mercedes) və Serxio Peresə (Red Bull) çatacaq.
Şənbə günü jurnalistlər komanda dümayəndələrini mətbuat mərkəzində gözləyəcəklər. Hunqarorinqdə ora yollanacaq mütəxəssislər əvvəlcə Mayk Krak (Aston Martin), Andreas Zaydl (McLaren) və Kristian Horner (Red Bull), daha sonra isə Frants Tost (AlphaTauri), Alan Permeyn (Alpine) və Loran Mekis (Ferrari) olacaq.
Xatırladaq ki, sıralanma turu və yarışdan sonra yalnız ilk üçlük jurnalistlərin qarşısına çıxır.