F-1.az bildirir ki, sabah yağış yağacağını nəzərə alan komandalar sıx proqramla çıxış ediblər. Sürücülər Hard və Medium təkərlərlə başlayıblar, sonra isə buranın ən əhəmiyyətli sessiyası sayılan sıralanma turuna hazırlaşmaq məqsədilə Soft təkərlərlə işləyiblər. Trasda sıxlıq çox olub.
Şumaxer 7-ci döngədə kerbə hücum edərkən idarəetməni itirib, amma qəzadan yayına bilib. Qasli, Sayns, Həmilton və Lekler trasdan çıxıb. Elbon 20-ci dəqiqədə ilk döngədə dayanıb, lakin sonra hərəkətini davam etdirib. Rassell ilk dövrədə təkərlərini bloklayıb. Sessiyada başqa insident olmayıb.
Protokollara Şarl Lekler başçılıq edib – 1:18.445. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:18.445 | – | 26 |
2 | 4 | Lando Norris | McLaren | 1:18.662 | + 0:00.217 | 29 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1:18.676 | + 0:00.231 | 29 |
4 | 1 | Maks Ferstappen | Red Bull | 1:18.728 | + 0:00.283 | 25 |
5 | 3 | Daniel Rikkardo | McLaren | 1:18.872 | + 0:00.427 | 26 |
6 | 14 | Fernando Alonso | Alpine | 1:19.049 | + 0:00.604 | 29 |
7 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:19.253 | + 0:00.808 | 31 |
8 | 63 | Corc Rassell | Mercedes | 1:19.355 | + 0:00.910 | 28 |
9 | 11 | Serxio Peres | Red Bull | 1:19.397 | + 0:00.952 | 28 |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:19.411 | + 0:00.966 | 30 |
11 | 44 | Lyuis Həmilton | Mercedes | 1:19.547 | + 0:01.102 | 23 |
12 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:19.605 | + 0:01.160 | 26 |
13 | 31 | Esteban Okon | Alpine | 1:19.614 | + 0:01.169 | 27 |
14 | 18 | Ləns Stroll | Aston Martin | 1:19.702 | + 0:01.257 | 30 |
15 | 10 | Pyer Qasli | AlphaTauri | 1:19.730 | + 0:01.285 | 27 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:19.818 | + 0:01.373 | 29 |
17 | 47 | Mik Şumaxer | Haas | 1:19.985 | + 0:01.540 | 28 |
18 | 6 | Nikolas Latifi | Williams | 1:20.488 | + 0:02.043 | 29 |
19 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:20.521 | + 0:02.076 | 30 |
20 | 23 | Aleksander Elbon | Williams | 1:20.615 | + 0:02.170 | 20 |