F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, ən yüksək temperatur +34 dərəcə ilə cümə günü olacaq. Lakin axşam yağış temperaturu xeyli aşağı salacaq. Şənbə günü leysan gözlənilir. Bazar günü də nahara qədər yağıntı olacaq. Hər iki gün üçün maksimal temperatur +26 dərəcə proqnozlaşdırılıb.
Xatırladaq ki, ötən il Macarıstan Qran Prisinin bütün sessiyaları quru havada baş tutmuş, yarışın başlamasına yarım saat qalmış yağış yağmışdı. Amma startda artıq tras qurumuşdu.