F-1.az xatırladır ki, dünənki ilk məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Valtteri Bottas hamını üstələyib. Lyuis Həmilton isə bugünkü sərbəst yürüşlərdə ən sürətli dövrənin sahibi olub.
Hunqarorinqdə ötmələr demək olar ki, mümkün deyil. Strateji gedişlərə də imkan yoxdur və hamı yarışı tək pit-stopla tamamlamağa çalışacaq. Geridə qalan 35 yarışın 16-da məhz poulun sahibi yekunda qələbəyə sevinib.
Bugünkü məşqlərin sonlarında qəza edən Mik Şumaxerin maşınını sıralanma turuna qədər hazır etmək mümkün olmayıb.
Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Medium və Soft təkərləri arasında fərq gözləniləndən böyük olub.
İlk Sessiyada hamı Soft təkərlərlə boksları tərk edib. Maks ilk cəhdində 1:16.214-lük nəticə göstərib. Bəzi sürücülər ikinci cəhdlərindən imtina ediblər, ilk onluğa düşməyənlər isə yenidən trasa qayıdıblar. Sıralanma turuna qoşulmayan Şumaxerdən əlavə, Mazepin, Latifi, Rassell və Tsunoda üçün də mübarizə başa çatıb.
İkinci Sessiyada Red Bull və Mercedes sürücüləri Medium, digərləri isə Soft təkərlərlə trasa çıxıblar. Həmilton daha sürətli olub – 1:16.553. Finişə 6 dəqiqə 40 saniyə qalmış, Saynsın son döngədəki qəzası qırmızı bayraqlara səbəb olub. Karlos maşını bir neçə metr sürüb, lakin ön qanad maşının altına girdiyi üçün dayanmalı olub və mübarizədən çəkilib. Restart 8 dəqiqə sonra verilib.
Bottas ikinci cəhdinə Medium təkərlərlə çıxıb, qalanları isə Soft-lara keçib. Maks yumşaq təkərlərlə 1:15.650-lik nəticə göstərərək sabahkı yarışa Mercedes sürücülərindən fərqli strategiya seçib. Sayns, Covinatsi, Rəykkönen, Stroll və Rikkardo final mərhələyə keçə bilməyiblər.
Son sessiyada hamı Soft təkərlərlə trasa çıxıb, Həmilton elə ilk cəhdindəcə möhtəşəm dövrə ilə fərqlənib – 1:15.419. Bottas ikinci, Ferstappen üçüncü nəticə göstərib. Maks ikinci cəhdində daha yaxşı dövrə vursa da, ilk ikiliyə yüksələ bilməyib.
Lyuis Həmilton mövsümdə 3-cü, burada 8-ci, karyerasında isə 101-ci poulunu əldə edib. Valtteri Bottas ikinci olub və nəticədə Mercedes 80-ci dəfə ilk cərgəni zəbt edib. İkinci cərgə Maks Ferstappen və Serxio Peresindir. Onların arxasında isə Pyer Qasli və Lando Norris var.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2 | 1:16.424 | 6 | 6 | 1:16.553 | 6 | 1:15.419 | 7 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 3 | 1:16.569 | 6 | 8 | 1:16.702 | 6 | 1:15.734 | 6 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1 | 1:16.214 | 3 | 1 | 1:15.650 | 8 | 1:15.840 | 6 |
4 | 11 | Serxio Peres | Red Bull | 11 | 1:17.233 | 5 | 4 | 1:16.443 | 6 | 1:16.421 | 5 |
5 | 10 | Pyer Qasli | AlphaTauri | 5 | 1:16.874 | 3 | 3 | 1:16.394 | 6 | 1:16.483 | 6 |
6 | 4 | Lando Norris | McLaren | 7 | 1:17.081 | 5 | 2 | 1:16.385 | 6 | 1:16.489 | 6 |
7 | 16 | Şarl Lekler | Ferrari | 8 | 1:17.084 | 5 | 7 | 1:16.574 | 6 | 1:16.496 | 6 |
8 | 31 | Esteban Okon | Alpine | 12 | 1:17.367 | 3 | 9 | 1:16.766 | 6 | 1:16.653 | 6 |
9 | 14 | Fernando Alonso | Alpine | 10 | 1:17.123 | 3 | 5 | 1:16.541 | 6 | 1:16.715 | 6 |
10 | 5 | Sebastyan Fettel | Aston Martin | 9 | 1:17.105 | 6 | 10 | 1:16.794 | 6 | 1:16.750 | 3 |
11 | 3 | Daniel Rikkardo | McLaren | 14 | 1:17.664 | 7 | 11 | 1:16.871 | 6 | ||
12 | 18 | Ləns Stroll | Aston Martin | 6 | 1:17.038 | 6 | 12 | 1:16.893 | 6 | ||
13 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 13 | 1:17.553 | 9 | 13 | 1:17.564 | 6 | ||
14 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 15 | 1:17.776 | 9 | 14 | 1:17.583 | 3 | ||
15 | 55 | Karlos Sayns | Ferrari | 4 | 1:16.649 | 3 | 15 | – | 2 | ||
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 16 | 1:17.919 | 8 | |||||
17 | 63 | Corc Rassell | Williams | 17 | 1:17.944 | 8 | |||||
18 | 6 | Nikolas Latifi | Williams | 18 | 1:18.036 | 8 | |||||
19 | 9 | Nikita Mazepin | Haas | 19 | 1:18.922 | 9 |