F-1.az bildirir ki, isti havada asfaltın temperaturu 50 dərəcəyə çatıb və sürücülər təkərlərin səmərəliliyi və sazlanmalar üzərində intensiv işləyiblər. Güclü külək şikayətlərə səbəb olub. Lekler beşinci döngədə asfaltdan çıxıb, Alonso isə dördüncü döngədə eyni səhvi edərək ön qanadı zədələyib, lakin ispan sürücü boksa qayıda bilib.
Əvvəlcə 9-cu döngədə yerində fırlanan Tsunoda daha sonra 4-cü döngədə idarəetməni itirib və maşını divara vurub. Sessiya maşının təxliyəsi üçün bir neçə dəqiqə qırmızı bayraqlarla dayandırılıb. Covinatsi boliddəki problemlərə görə cəmi dörd dövrə vura bilib.
Dördüncü və 11-ci döngələrdə trasdan tam çıxma hallarına görə 3 dövrəvi nəticə ləğv edilib. Protokollara isə 1:17.555-lik nəticə ilə Maks Ferstappen başçılıq edib. Məşqlər günün ikinci yarısında davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:17.555 | – | 21 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:17.616 | + 0:00.061 | 26 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:17.722 | + 0:00.167 | 25 |
4 | 55 | Karlos Sayns | Ferrari | 1:18.115 | + 0:00.560 | 24 |
5 | 10 | Pyer Qasli | AlphaTauri | 1:18.181 | + 0:00.626 | 27 |
6 | 14 | Fernando Alonso | Alpine | 1:18.385 | + 0:00.830 | 26 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:18.391 | + 0:00.836 | 23 |
8 | 11 | Serxio Peres | Red Bull | 1:18.466 | + 0:00.911 | 20 |
9 | 4 | Lando Norris | McLaren | 1:18.649 | + 0:01.094 | 26 |
10 | 18 | Ləns Stroll | Aston Martin | 1:18.755 | + 0:01.200 | 25 |
11 | 31 | Esteban Okon | Alpine | 1:18.765 | + 0:01.210 | 26 |
12 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:18.770 | + 0:01.215 | 18 |
13 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:18.989 | + 0:01.434 | 22 |
14 | 3 | Daniel Rikkardo | McLaren | 1:19.265 | + 0:01.710 | 27 |
15 | 63 | Corc Rassell | Williams | 1:19.724 | + 0:02.169 | 24 |
16 | 6 | Nikolas Latifi | Williams | 1:19.824 | + 0:02.269 | 24 |
17 | 47 | Mik Şumaxer | Haas | 1:20.383 | + 0:02.828 | 26 |
18 | 88 | Robert Kubitsa | Alfa Romeo | 1:20.639 | + 0:03.084 | 23 |
19 | 9 | Nikita Mazepin | Haas | 1:20.992 | + 0:03.437 | 23 |
20 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:21.889 | + 0:04.334 | 5 |