Macarıstan-2020: Yarışa hava proqnozu

Cümə günü sürücülər yağışlı havada işləməyə məcbur olsalar da, dünənki məşqlər və sıralanma turu yağıntısız keçib. Yağış ehtimalı bu gün üçün də olduqca yüksəkdir.

Yağışın səhər yağacağı, nahardan sonra isə gücünü itirəcəyi bildirilir.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, sürücülər yerli saatla 15:10-da isinmə dövrəsinə yollanacaqlar. Bu vaxt hava buludlu, istilik +23 dərəcə olacaq, 60% ehtimalla start yağışlı havada baş tutacaq. Bu ehtimal yarışın finişində 30%-ə qədər azalır…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*