F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Valtteri Bottas hamını üstələyib. Lyuis Həmilton isə dünənki sərbəst yürüşlərdə ən sürətli dövrənin sahibi olub. Britaniyalı pilot üçün sıralanma turu da uğurlu keçib və o, karyerasında 101-ci poulunu əldə edib.
Startda 30 dəqiqə qalmış, yağış başlayıb və sürücülər keçid təkərləri taxıblar. Covinatsi startdan əvvəl boksa yönəlib və slikləri taxıb.
Startda Həmilton yerini qoruyub. Bottas bir neçə yer itirdikdən sonra əyləcə vaxtında basa bilməyib, Peres və Norrislə toqquşub. Sonuncu isə Ferstappenlə ciddi təmas yaşayaraq onun da asfaltdan çıxmasına və maşının zədələnməsinə səbəb olub. Stroll da Leklerlə toqquşub, onların insidenti Rikkardonun da yerində fırlanmasına səbəb olub. Nəticədə Bottas, Norris, Stroll və Lekler üçün yarış başa çatıb.
Ferstappen pit-stop etdikdən sonra qırmızı bayraqlarla yarış dayandırılıb. Stüardlar Bottasla Strollu növbəti yarışın startında 5 yer itirməklə cəzalandırıblar. Qırmızı bayraq zamanı ilk onluq: Həmilton – Okon – Fettel – Sayns – Tsunoda – Latifi – Alonso – Rassell – Rəykkönen – Şumaxer.
Fasilə zamanı mexaniklər Maksın maşınının vəziyyətini bir qədər düzəltməyə çalışıblar, lakin zərəri tam aradan qaldırmaq mümkün olmayıb. Yağış dayanıb, günəş görünüb, restart 28 dəqiqə sonra verilib. Yerindən start zamanı çox maraqlı hadisə baş verib – Həmiltondan başqa hamı start düzlüyünə gəlmək əvəzinə pitə qayıdaraq quru təkərlərinə keçib. Lyuis start düzlüyündə tək dayanıb, o yerindən tərpəndikdən sonra sürücülər pit yolundan çıxıblar. Həmilton da dövrəni başa vuraraq pit-stop edib və lider olduğu halda, bir anda sonuncu yerdə trasa qayıdıb.
Mazepin pit ylunda Rəyykönenlə toqquşaraq münasibəti dayandırıb. Kimiyə 10 saniyəlik cəza verilib. Həmilton 5-ci dövrədə Covinatsini keçərək 13-cü olub. İtalyan sürücü də pit yolunda sürət həddini keçdiyi üçün 10 saniyəlik Stop&Go ilə cəzalandırılıb.
Maks Şumaxeri yalnız 10-cu dövrədə keçə bilib. Mik daha sonra Qasli və Həmiltonu da önə buraxmalı olub. Fettel yarışın lideri Okona hücumlara cəhd etsə də, fransız sürücü çox əla müdafiə olunub. Həmilton 20-ci dövrədə pit-stop edib, Ferstappen və Rikkardo onun həmləsinə cəmi 1 dövrə sonra cavab versə də, Lyuis onların hər ikisini geridə qoyub.
Rassell pit-stopdan Rikkardonun önündə qayıdıb, komanda Saynsı pit-stopa dəvət etsə də, razılaşmayıb. 23-cü dövrədə Tsunoda, ondan sonra isə Latifi yeni təkərlərə keçib. Həmilton Şumaxer və Latifini keçərək yeddinciliyə yüksəlib. Qasli 31-ci, Sayns isə 33-cü dövrədə pit-stop edib. Liderlərdən Fettel 37-ci, Okon isə 38-ci dövrədə pit-leynə yönəlib. Esteban Fettelin önə keçmək cəhdlərini məharətlə dəf edib. Qasli Latifini qabaqlayıb, Alonso isə yalnız 40-ci dövrədə pitə yollanıb. 5-ci dövrədən sonra ilk onluq: Okon – Fettel – Sayns – Həmilton – Alonso – Tsunoda – Qasli – Latifi – Rassell – Rikkardo.
Ferstappen 41-ci dövrədə mövqeyini itirmədən yeni təkərlərə keçib. Həmilton da növbəti dəfə təkərini dəyişərək 5-ci yerdə trasa qayıdıb. Maks Rəyyköneni keçərək 11-ci olub. Lyuis Fernandoya gəlib çatıb, lakin bir neçə dövrə nə qədər çalışsa da, onu keçə bilməyib. Maks isə Rikkardonu keçərək xal zonasına yüksəlib
Bütün bu təqiblər öz bəhrəsini 65-ci dövrədə verib – Fernando cüzi zəhvə yol verib və Həmilton onu keçərək dərhal Saynsa yaxınlaşıb. Britaniyalı sürücü sürətlə ilk ikiliyə yaxınlaşıb. Qasli isə sonlarda sürətli dövrə üçün Soft təkərlərə keçib və aktivinə daha bir xal yazdıra bilib.
Beləliklə, Esteban Okon karyerasında ilk qələbəsini qazanıb və Formula1 tarixində buna nail olan 111-ci sürücü olub. Sebastyan Fettel ikinci olub, lakin təhlil üçün lazım olan 1l yanacaq qalmadığı üçün yarışdan sonra protokollardan xaric edilib. Bu cəzadan sonra Lyuis Həmilton ikinciliyə, Karlos Sayns isə üçüncülüyə yüksəlmiş olub.
Həmilton çempionatda üstünlüyü yenidən ələ alıb. Williamas komandası hər iki sürücü isə xal zonasına düşməyi bacarıb.
Mövsümün ilk hissəsi başa çatıb. Çempionatın iştirakçıları 1 aylıq fasiləyə yollanırlar. Mübarizə 4 həftə sonra əfsanəvi Spa trasında baş tutacaq…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 31 | Esteban Okon | Alpine | 2:04:43.199 | 3 |
2 | 5 | Sebastyan Fettel* | Aston Martin | + 0:01.859 | 3 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:02.736 | 4 |
4 | 55 | Karlos Sayns | Ferrari | + 0:15.018 | 3 |
5 | 14 | Fernando Alonso | Alpine | + 0:15.651 | 3 |
6 | 10 | Pyer Qasli | AlphaTauri | + 1:03.614 | 4 |
7 | 22 | Yuki Tsunoda | AlphaTauri | + 1:15.803 | 3 |
8 | 6 | Nikolas Latifi | Williams | + 1:17.910 | 3 |
9 | 63 | Corc Rassell | Williams | + 1:19.094 | 3 |
10 | 33 | Maks Ferstappen | Red Bull | + 1:20.244 | 5 |
11 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | +1 dövrə | 4 |
12 | 3 | Daniel Rikkardo | McLaren | +1 dövrə | 3 |
13 | 47 | Mik Şumaxer | Haas | +1 dövrə | 3 |
14 | 99 | Antonio Covinatsi | Alfa Romeo | +1 dövrə | 4 |
* – Sebastyan Fettel finişdən sonra maşının çənində kifayət qədər yanacaq qalmadığı üçün protokollardan xaric edilib.
Sürətli dövrə: Pyer Qasli (AlphaTauri) – 1:18.394 (70-ci dövrə, 201.183 km/s)
MÜBARİZƏNİ DAYANDIRAN:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Nikita Mazepin | Haas | 4 | asılqan |
Lando Norris | McLaren | 2 | mexaniki problem |
Valtteri Bottas | Mercedes | 1 | qəza |
Şarl Lekler | Ferrari | 1 | qəza |
Ləns Stroll | Aston Martin | 1 | qəza |
Serxio Peres | Red Bull | 1 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 195 | |
2 | 33 | Maks Ferstappen | Red Bull Racing | 187 | |
3 | 4 | Lando Norris | McLaren Racing | 113 | |
4 | 77 | Valtteri Bottas | Mercedes-AMG Petronas F1 Team | 108 | |
5 | 11 | Serxio Peres | Red Bull Racing | 104 | |
6 | 55 | Karlos Sayns | Scuderia Ferrari Mission Winnow | 83 | |
7 | 16 | Şarl Lekler | Scuderia Ferrari Mission Winnow | 80 | |
8 | 3 | Daniel Rikkardo | McLaren Racing | 50 | |
9 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri Honda | 49 | |
10 | 31 | Esteban Okon | Alpine F1 Team | 39 | |
11 | 14 | Fernando Alonso | Alpine F1 Team | 38 | |
12 | 5 | Sebastyan Fettel | Aston Martin Cognizant F1 Team | 30 | |
13 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri Honda | 18 | |
14 | 18 | Ləns Stroll | Aston Martin Cognizant F1 Team | 18 | |
15 | 6 | Nikolas Latifi | Williams Racing | 6 | |
16 | 63 | Corc Rassell | Williams Racing | 4 | |
17 | 7 | Kimi Rəykkönen | Alfa Romeo Racing ORLEN | 2 | |
18 | 99 | Antonio Covinatsi | Alfa Romeo Racing ORLEN | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 303 |
2 | Red Bull Racing | Honda | 291 |
3 | Scuderia Ferrari Mission Winnow | Ferrari | 163 |
4 | McLaren Racing | Mercedes | 163 |
5 | Alpine F1 Team | Renault | 77 |
6 | Scuderia AlphaTauri Honda | Honda | 67 |
7 | Aston Martin Cognizant F1 Team | Mercedes | 48 |
8 | Williams Racing | Mercedes | 10 |
9 | Alfa Romeo Racing ORLEN | Ferrari | 3 |