F-1.az bildirir ki, səhərki ilk məşqləri güc qurğusundakı problemə görə buraxmalı olan Qasli trasa hamıdan tez çıxıb. Komanda problemin aradan qaldlrıldığına əmin olduqdan sonra boksa qayıdıb və havanın düzəlməsini gözləyib.
20 dəqiqə sonra Sayns trasın vəziyyətini yoxlamaq üçün yağış təkərləri ilə çıxıb, Stroll və Rəykkönen də ona qoşulublar. Hər üç sürücü tezliklə boksa gəlib. Qeyd edək ki, sabah və bazar gününə də yağış ehtimalı yüksəkdir.
Sessiyanın ortalarında Renault sürücüləri keçid təkərləri ilə trasa çıxıblar, lakin suyun çoxluğu bu təkərlərlə çıxmağın tez olduğunu göstərib – yalnız son 15 dəqiqədə sürücülər yaşıl təkərlərlə işləyə biliblər.
Sessiya sakit keçib, yalnız Rəykkönen, Qrojan və Fettel yoldan çıxıblar, lakin hər üç halda ciddi problem baş verməyib.
Olduqca az dövrənin vurudluğu, 7 sürücünün isə ümumiyyətlə nəticə göstərə bilmədiyi sessiyada protokollara 1:40.464-lük nəticə ilə Sebastyan Fettel başçılıq edib.
Son məşqlər sabah Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:40.464 | – | 12 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:40.736 | 0.272 | 5 |
3 | 55 | Karlos Sayns | McLaren | 1:41.784 | 1.320 | 6 |
4 | 18 | Ləns Stroll | Racing Point | 1:42.380 | 1.916 | 6 |
5 | 11 | Serxio Peres | Racing Point | 1:42.470 | 2.006 | 5 |
6 | 10 | Pyer Qasli | AlphaTauri | 1:42.588 | 2.124 | 7 |
7 | 33 | Maks Ferstappen | Red Bull | 1:42.820 | 2.356 | 4 |
8 | 8 | Roman Qrojan | Haas | 1:43.335 | 2.871 | 6 |
9 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:43.471 | 3.007 | 16 |
10 | 16 | Şarl Lekler | Ferrari | 1:43.725 | 3.261 | 10 |
11 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:44.411 | 3.947 | 9 |
12 | 4 | Lando Norris | McLaren | 1:46.000 | 5.536 | 5 |
13 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:47.422 | 6.958 | 7 |
14 | 31 | Esteban Okon | Renault | nəticə göstərməyib | – | 1 |
15 | 3 | Daniel Rikkardo | Renault | nəticə göstərməyib | – | 1 |
16 | 44 | Lyuis Həmilton | Mercedes AMG | nəticə göstərməyib | – | 1 |
17 | 6 | Nikolas Latifi | Williams | nəticə göstərməyib | – | 2 |
18 | 63 | Corc Rassell | Williams | nəticə göstərməyib | – | 2 |
19 | 23 | Aleksander Elbon | Red Bull | nəticə göstərməyib | – | 3 |
20 | 20 | Kevin Maqnussen | Haas | nəticə göstərməyib | – | 1 |