Macarıstan-2020: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri Hunqarorinqdəki mövsümün üçüncü yarış həftəsonu üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, bukmeykerlər bu dəfə də Həmiltonu qələbəyə əsas favorit hesab edirlər. Keçən il burada podiumun zirvəsinə qalxmış britaniyalı sürücünün keçən həftəsonunu da zəfərlə başa vurması ona olan inamı artırır. Lyuisin şansları ona ən yaxın rəqib hesab olunan Valtteri Bottas və Maks Ferstappendən 2 dəfədən də çox qiymətləndirilir. Ferrari sürücülərinin qələbə qazanmasına isə Aleksander Elbon, Karlos Sayns və Serxio Peresdən daha az inanırlar…

Macarıstan Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 1.67
Valtteri Bottas 4.00
Maks Ferstappen 5.00
Aleksander Elbon, Serxio Peres 34.00
Serxio Peres 41.00
Şarl Lekler, Lando Norris 51.00
Sebastyan Fettel 67.00

 

Mövsümü çempion kimi başa vuracağına ən çox inanılan sürücü də məhz Lyuisdiir. Bukmeykerlərin fikrincə, ona bəlkə komanda yoldaşı mane ola bilər…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.25
Valtteri Bottas 4.33
Maks Ferstappen 13.00
Şarl Lekler 51.00
Lando Norris 101.00
Aleksander Elbon 151.00
Sebastyan Fettel, Serxio Peres, Ləns Stroll 201.00

 

Mövsümün ilk iki yarışından sonra Mercedes-in yenidən çempion olacağına heç bir şübhə edilmir…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.02
Red Bull 21.00
Ferrari, McLaren, Racing Point 101.00
Renault 501.00
Alfa Romeo, AlphaTauri, Haas, Williams 2001.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*