F-1.az bildirir ki, Qasli motordakı problemə görə ilk məşqləri buraxmalı olub. Kubitsa Rəykköneni əvəz edib. Polşalı sürücü yerində fırlanıb və sarı bayraqların dalğalanmasına səbəb olub. Lakin maşına zərər dəyməyib və yoluna davam edə bilib.
Okon və Elbonun nəticələri tras hüdudlarını pozduqları üçün ləğv edilib. Peres təhlükəsizlik zonasına çıxsa da, trasa qayıda bilib.
Sakit və maraqlı hadisələrin çox da olmadığı ilk məşqlərdə Həmilton hamıdan üstün olub – 1:16.003.
Məşqlər Bakı vaxtı ilə 17:00-da davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:16.003 | – | 37 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:16.089 | + 0:00.086 | 37 |
3 | 11 | Serxio Peres | Racing Point | 1:16.530 | + 0:00.527 | 20 |
4 | 18 | Ləns Stroll | Racing Point | 1:16.967 | + 0:00.964 | 35 |
5 | 3 | Daniel Rikkardo | Renault | 1:17.200 | + 0:01.197 | 28 |
6 | 5 | Sebastyan Fettel | Ferrari | 1:17.238 | + 0:01.235 | 26 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:17.404 | + 0:01.401 | 29 |
8 | 33 | Maks Ferstappen | Red Bull | 1:17.435 | + 0:01.432 | 28 |
9 | 4 | Lando Norris | McLaren | 1:17.523 | + 0:01.520 | 26 |
10 | 31 | Esteban Okon | Renault | 1:17.615 | + 0:01.612 | 35 |
11 | 55 | Karlos Sayns | McLaren | 1:17.675 | + 0:01.672 | 32 |
12 | 20 | Kevin Maqnussen | Haas | 1:17.713 | + 0:01.710 | 35 |
13 | 23 | Aleksander Elbon | Red Bull | 1:17.727 | + 0:01.724 | 28 |
14 | 8 | Roman Qrojan | Haas | 1:17.890 | + 0:01.887 | 35 |
15 | 6 | Nikolas Latifi | Williams | 1:17.969 | + 0:01.966 | 31 |
16 | 26 | Daniil Kvyat | AlphaTauri | 1:18.292 | + 0:02.289 | 35 |
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:18.425 | + 0:02.422 | 30 |
18 | 63 | Corc Rassell | Williams | 1:18.574 | + 0:02.571 | 29 |
19 | 88 | Robert Kubitsa | Alfa Romeo | 1:19.150 | + 0:03.147 | 26 |
20 | 10 | Pyer Qasli | AlphaTauri | – | – | 0 |