F-1.az bildirir ki, sessiya 5-ci dəqiqədə qırmızı bayraqlarla dayandırılıb – Elbonun maşını son döngədə çınqıllığa düşüb, daha sonra isə baryerə dəyib. Maşın təxliyə edilib və 5 dəqiqəlik fasilədən sonra sürücülər məşqlərə davam ediblər. Elbondan sonra Norris də proqramı yarımçıq başa vurmalı olub. Buna səbəb onun maşınının hidravlik sistemindəki problem olub.
Yağış güclənib, bəzi sürücülər keçid təkərləri ilə trasa qayıtsalar da, bəziləri asfaltın qurumasını gözləyib. Protokollara Qasli başçılıq edib – 1:17.854. Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 10 | Pyer Qasli | Red Bull | 1:17.854 | – | 16 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:17.909 | + 0:00.055 | 12 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:17.995 | + 0:00.141 | 15 |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:18.184 | + 0:00.330 | 18 |
5 | 3 | Daniel Rikkardo | Renault | 1:18.597 | + 0:00.743 | 13 |
6 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:18.682 | + 0:00.828 | 25 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:18.852 | + 0:00.998 | 21 |
8 | 27 | Niko Hülkenber | Renault | 1:18.892 | + 0:01.038 | 14 |
9 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:18.909 | + 0:01.055 | 25 |
10 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:18.957 | + 0:01.103 | 22 |
11 | 8 | Roman Qrojan | Haas | 1:19.149 | + 0:01.295 | 19 |
12 | 20 | Kevin Maqnussen | Haas | 1:19.178 | + 0:01.324 | 21 |
13 | 5 | Sebastyan Fettel | Ferrari | 1:19.254 | + 0:01.400 | 24 |
14 | 55 | Karlos Sayns | McLaren | 1:19.398 | + 0:01.544 | 22 |
15 | 11 | Serxio Peres | Racing Point | 1:19.721 | + 0:01.867 | 13 |
16 | 18 | Ləns Stroll | Racing Point | 1:19.774 | + 0:01.920 | 14 |
17 | 63 | Corc Rassell | Williams | 1:19.889 | + 0:02.035 | 14 |
18 | 4 | Lando Norris | McLaren | 1:20.401 | + 0:02.547 | 6 |
19 | 88 | Robert Kubitsa | Williams | 1:20.439 | + 0:02.585 | 15 |
20 | 23 | Aleksander Elbon | Toro Rosso | – | – | 2 |