F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sürücülər qızdırma dövrəsinə yerli vaxtla saat 15:10-da yollanmalıdırlar, həmin vaxt havanın temperaturu +33 dərəcəyə qədər yüksələcək. Səma aydın olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Yağıntı gözlənilmir.
Macarıstan-2018: Yarışa hava proqnozu
Sürücülər cümə günü quru havada işləsələr də, dünənki sıralanma turu yağışda baş tutub. Bu günə isə yenidən günəşli və isti hava vəd edilir.