F-1.az xatırladır ki, cümə məşqlərində Rikkardo və Fettel liderlik ediblər, şənbə məşqlərində isə Fettel yenə də hamıdan sürətli olub. Sıralanma turu yağışlı havada baş tutduğu üçün sürət üstünlyü həlledici faktor olmayıb. Son sessiyada güclü yağış təkərləri ilə Həmilton hamını üstələyib.
Mercedes sürücüləri start düzlüyündə ilk cərgəni tam zəbt ediblər. Ferrari sürücülri ikinci cərgəyə sahib çıxıblar – mövsümdə ikinci dəfə Kimi Sebastyanı qabaqlayıb. Üçüncü cərgə isə tam sürpriz olub – Sayns və Qasli. Ləns Strol sıralanmadan sonra bağlı park rejimini pozduğu üçün cərimələnib və pit-leyndən start almalı olub.
Bir həftə əvvəl Almaniyada olduğu kimi Pirelli şirkəti Hunqarorinqə də Medim, Soft və (SuperSoftu buraxaraq) UltraSoft tərkiblərini gətirib.
Yağışlı sıralanmadan sonra bütün sürücülər təkər seçimində azad olublar – Fettel, Sayns, Alonso, Rikkardo, Hülkenberq, Vandorn, Lekler, Okon və Sirotkin start üçün Soft, Strol isə Medium tərkibini seçiblər, qalan sürücülər UltraSoft tərkibinə üstünlük veriblər..
Startdan əvvəl avtodromda bir neçə gün əvvəl dünyasını dəyişmiş Ferrari-nin prezidenti Sercio Markionnenin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Startda Həmilton liderliyini qoruya bilib, Rəykkönen komanda yoldaşını irəli buraxıb, Ferstappen isə Sayns və Qaslini qabaqlayıb. Arxada Eriksson və Rikkardo təmas yaşasalar da, hər ikisi mübarizəni davam etdirib. Leklerin Pereslə təması monakolu sürücünün mübarizəni dayandırması ilə nəticələnib. 2-ci dövrədə ilk onluq: Həmilton – Bottas – Fettel – Rəykkönen – Ferstappen – Qasli – Maqnussen – Sayns – Hartli – Hülkenberq.
6-cı dövrədə Maks Ferstappen trasda dayanıb – MGU-K generatorundakı problem üzündən motor gücünü itirib. Qrojan Alonsonu üstələyərək ilk onluğa qayıdıb – bir neçə döngədən sonra ispaniyalı sürücünü Rikkardo da qabaqlayıb.
10-cu dövrədə Mercedes sürücülərini 5 saniyə ayırıb. 13-cü dövrədə Rikkardo Hülkenberqi, növbəti dövrədə Hartlini ötərək ilk səkkizliyə daxil olub.
15-ci dövrədə Rəykkönen pit-stoplar dalğasına start verib – finlandiyalı sürücünün mexanikləri zaman itiriblər. Növbəti dövrədə Bottas həmyerlisinə cavab verib və pitdən trasa Kiminin önündə qayıdıb.
21-ci dövrədə uzun sürən dueldən sonra Rikkardo Maqnusseni qabaqlayıb. 23-cü dövrədə Peres, 24-cü dövrədə Hülkenberq, 25-ci dövrədə Hartli və Həmilton, 26-cı dövrədə isə Sayns mexaniklərinə baş çəkərək yeni təkər dəstlərinə keçiblər.
27-ci dövrədə Rikkardo Qaslini də arxada qoyaraq 5-ci yerə yüksəlib.
Hələ pit-stop etməmiş Fettelin arxasında trasa qayıdan Həmilton dərhal sürətini artırmaq istəsə də, komanda onu tələsməməyə çağırıb.
30-cu dövrədə Qrojan, 32-ci dövrədə Maqnussen, 33-cü dövrədə isə Sirotkin və Qasli də planlı pit-stoplarını reallaşdırıblar.
39-cu dövrədə cüzi sürət üstünlüyünə baxmayaraq həmyerlisini keçə bilməyən Rəykkönen ikinci dəfə pit-stopa yollanıb. Dövrəvi sürücülərin arxasında vaxt itirən Fettel növbəti dövrədə pit-yoluna yönəlib – almaniyalı sürcüü trasa Bottasın düz arxasında qayıdıb. Rikkardo start təkərlərini 45-ci dövrədə yeniləyib. 46-cı dövrədə ilk onluq: Həmilton – Bottas – Fettel – Rəykkönen – Rikkardo – Qasli – Maqnussen – Alonso – Vandorn – Sayns.
51-ci dövrədə Vandornun maşını yavaşlayıb – Stoffel ötürmələr qutusunun problemi üzündn maşını təhlükəsizlik zonasnda saxlayb. Virtual Təhlükəsizlik rejimi elan olunub, amma cəmi bir dəqiqədən sonra rejim ləğv olunub. Bu arada Hülkenberq də təkərlərini yeniləyib.
Yeni təkərlərlə daha sürətli olan Niko 54-cü dövrədə Peresi üstələyərək 13-cü yerə yüksəlib.
60-cı dövrədə təkərləri tam yeyilmiş Bottasa iki Ferrari sürücüsünün hücumları başlayıb. Təkərləri trası tutmayan Valtterini hətta DRS-lə hunqarorinqdə keçmək çox çətin olub.
64-cü dövrədə Fettelin növbəti hücumu uğurlu alınıb və alman sürücü 1-ci döngədən sonra irəli çıxıb, amma 2-ci döngədə Bottas arxadan rəqibinə çırpılaraq ön qanadını sıradan çıxarıb. Fürsətdən istifadə edən Kimi də həmyerlisini qabaqlayıb. 65-ci dövrədə ilk onuq: Həmilton – Fettel – Rəykkönen – Bottas – Rikkardo – Qasli – Maqnussen – Alonso – Sayns – Qrojan.
68-ci dövrədə Rikkardonun Bottasa hücumları başlayıb – 1-ci döngədə sürücülərə təmas yaşasalar da, hər ikisi də trasa qayıdaraq mübarizənid avam etdiriblər. Amma növbəti dövrədə Bottas avstraliyalı sürücünün hücumunu dəf edə bilməyib.
Lyuis Həmilton Macarıstanda 6-cı, mövsümdə 5-ci, karyerasında isə 67-ci qələbəsinə sevinib. Sebastyan Fettel finişdə 2-ci, Kimi Rəykkönen isə 3-cü olub.
İki gün sonra komandalar trasda mövsümiçi testlər üçün toplaşacaqlar, sonra isə yay tətili başlayacaq. Mübarizə isə avqustun sonunda davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:37:16.427 | 1 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:17.123 | 1 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:20.101 | 1 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:46.419 | 1 |
5 | 77 | Valtteri Bottas (*) | Mercedes AMG | + 1:00.000 | 1 |
6 | 10 | Pyer Qasli | Toro Rosso | + 1:13.273 | 1 |
7 | 20 | Kevin Maqnussen | Haas | + 1 dövrə | 1 |
8 | 14 | Fernando Alonso | McLaren | + 1 dövrə | 1 |
9 | 55 | Karlos Sayns | Renault | + 1 dövrə | 1 |
10 | 8 | Roman Qrojan | Haas | + 1 dövrə | 1 |
11 | 28 | Brendon Hartli | Toro Rosso | + 1 dövrə | 1 |
12 | 27 | Niko Hülkenberq | Renault | + 1 dövrə | 2 |
13 | 31 | Esteban Okon | Force İndia | + 1 dövrə | 1 |
14 | 11 | Serxio Peres | Force İndia | + 1 dövrə | 1 |
15 | 9 | Markus Eriksson | Sauber | + 2 dövrə | 1 |
16 | 35 | Sergey Sirotkin | Williams | + 2 dövrə | 1 |
17 | 18 | Ləns Stroll | Williams | + 2 dövrə | 1 |
* Valtteri Bottasın yekun nəticəsinə 10 saniyə əlavə olunub.
Sürətli dövrə: Daniel Rikkardo (Red Bull) – 1:20.012 (46-cı dövrə, 197.115 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Stoffel Vandorn | McLaren | 50 | ötürmələr qutusu |
Maks Ferstappen | Red Bull | 6 | güc qurğusu |
Şarl Lekler | Sauber | 1 | mexaniki problemlər |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas Motorsport | 213 | |
2 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 189 | |
3 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 146 | |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | 132 | |
5 | 3 | Daniel Rikkardo | Aston Martin Red Bull Racing | 118 | |
6 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 105 | |
7 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 52 | |
8 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 45 | |
9 | 14 | Fernando Alonso | McLaren F1 Team | 44 | |
10 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 30 | |
11 | 55 | Karlos Sayns | Renault Sport Formula 1 Team | 30 | |
12 | 31 | Esteban Okon | Sahara Force İndia F1 Team | 29 | |
13 | 10 | Pyer Qasli | Red Bull Toro Rosso Honda | 26 | |
14 | 8 | Roman Qrojan | Haas F1 Team | 21 | |
15 | 16 | Şarl Lekler | Alfa Romeo Sauber F1 Team | 13 | |
16 | 2 | Stoffel Vandorn | McLaren F1 Team | 8 | |
17 | 9 | Markus Eriksson | Alfa Romeo Sauber F1 Team | 5 | |
18 | 18 | Ləns Stroll | Williams Martini Racing | 4 | |
19 | 28 | Brendon Hartli | Red Bull Toro Rosso Honda | 2 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas Motorsport | Mercedes | 345 |
2 | Scuderia Ferrari | Ferrari | 335 |
3 | Aston Martin Red Bull Racing | Renault | 223 |
4 | Renault Sport Formula 1 Team | Renault | 82 |
5 | Haas F1 Team | Ferrari | 66 |
6 | Sahara Force İndia F1 Team | Mercedes | 59 |
7 | McLaren F1 Team | Renault | 52 |
8 | Red Bull Toro Rosso Honda | Honda | 28 |
9 | Alfa Romeo Sauber F1 Team | Ferrari | 18 |
10 | Williams Martini Racing | Mercedes | 4 |