F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Rikkardo, ikinci məşqlərdə isə Fettel protokollara başçılıq edib. Bu gün səhər baş tutan son məşq sessiyasının ən sürətlisi də Fettel olub.
Pirelli bura Medium və Soft təkərlərlə birlikdə UltraSoft təkərləri gətirib. Komandaların hamısı həftəsonunun ən yumşaq tərkibi ilə maksimuma nail ola bilməyib və məşqlərdə əsas diqqətlər məhz buna yönəldilib.
Sıralanma turundan əvvəl qısa, lakin güclü yağış yağıb. Asfalt bir qədər qurusa da, yağışın davam edəcəyi bildirilib.
İlk sessiyada sürücülər boksları tərk etməyə tələsiblər. Hamı keçid təkərləri ilə trasa çıxıb. Asfalt sürətlə quruyub, bu təkərlərlə ən sürətli dövrəni Fettel vurub – 1:25.176. Sliklərə keçən ilk sürücü Sayns olub, digərləri də onun ardınca eyni addımı atıblar. Fettel hamıdan sürətli olub – 1:16.666. Vandorn, Lekler, Okon, Peres və Sirotkin mübarizəni dayandırıblar.
İkinci sessiyada Fettel keçid, qalan sürücülər isə UltraSoft təkərlə trasa çıxıblar. Yağış yenə başlayıb və xüsusilə üçüncü sektorda güclü olub. Bütün sürücülər pit yoluna yönələrək keçid təkərləri taxıblar. Fettelin 1:28.636-lıq nəticəsi ən yaxşı olub. Yağış trasın vəziyyətini daha da pisləşdirib. Stroll 9-cu döngədə trasdan çıxıb, baryerlərə çırpılaraq ön qanadını qırıb və boksa qayıdıb. Maqnussen yağış təkərlərinə keçən ilk sürücü olub. Bir neçə sürücü də bu addımı atıb, lakin heç kim öz nəticəsini yaxşılaşdıra bilməyib. Alonso, Rikkardo, Hülkenberq, Eriksson və Stroll ilk onluğa düşə bilməyiblər.
Son sessiyada hamı yağış təkərləri ilə trasa çıxıb. Yolun bəzi yerləri nisbətən quru olub. Vəziyyət hər an dəyişdiyindən sürücülərin əksəriyyəti ardıcıl dövrələr vurub ki. vəziyyətin ən yaxşı olduğu anı tuta bilsinlər. Rəykkönen ilk cəhdində hamıdan sürətli olub. İkinci cəhdində belə Fettel onu üstələyə bilməyib. Bottas son dövrəsindən sonra bir neçə saniyəlik ilk sıraya yüksəlib, lakin Həmilton onu 0.260 saniyə üstələyərək poul qazanmağa nail olub.
Lyuis Həmilton mövsümdə beşinci, karyerasında isə 77-ci poulunu əldə edib. Bottas ikinci olub və sabahkı yarışa Mercedes ilk cərgədən başlayacaq. İkinci cərgəni Ferrari sürücüləri tutublar. Sayns və Qasli isə üçüncü cərgədən start alacaqlar.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 4 | 1:17.419 | 12 | 4 | 1:31.242 | 5 | 1:35.658 | 9 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 3 | 1:17.123 | 13 | 6 | 1:32.081 | 4 | 1:35.918 | 8 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 5 | 1:17.526 | 13 | 8 | 1:32.762 | 4 | 1:36.186 | 9 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1 | 1:16.666 | 12 | 1 | 1:28.636 | 4 | 1:36.210 | 8 |
5 | 55 | Karlos Sayns | Renault | 6 | 1:17.829 | 12 | 2 | 1:30.771 | 5 | 1:36.743 | 8 |
6 | 10 | Pyer Qasli | Toro Rosso | 14 | 1:18.577 | 12 | 5 | 1:31.286 | 5 | 1:37.591 | 8 |
7 | 33 | Maks Ferstappen | Red Bull | 2 | 1:16.940 | 12 | 3 | 1:31.178 | 4 | 1:38.032 | 8 |
8 | 28 | Brendon Hartli | Toro Rosso | 11 | 1:18.429 | 12 | 7 | 1:32.590 | 5 | 1:38.128 | 8 |
9 | 20 | Kevin Maqnussen | Haas | 10 | 1:18.314 | 11 | 9 | 1:32.968 | 5 | 1:39.858 | 8 |
10 | 8 | Roman Qrojan | Haas | 7 | 1:17.901 | 11 | 10 | 1:33.650 | 5 | 1:40.593 | 8 |
11 | 14 | Fernando Alonso | McLaren | 9 | 1:18.208 | 11 | 11 | 1:35.214 | 8 | ||
12 | 3 | Daniel Rikkardo | Red Bull | 12 | 1:18.540 | 12 | 12 | 1:36.442 | 9 | ||
13 | 27 | Niko Hülkenberq | Renault | 8 | 1:17.905 | 12 | 13 | 1:36.506 | 8 | ||
14 | 9 | Markus Eriksson | Sauber | 15 | 1:18.641 | 13 | 14 | 1:37.075 | 9 | ||
15 | 18 | Ləns Stroll | Williams | 13 | 1:18.560 | 12 | 15 | – | 3 | ||
16 | 2 | Stoffel Vandorn | McLaren | 16 | 1:18.782 | 11 | |||||
17 | 16 | Şarl Lekler | Sauber | 17 | 1:18.817 | 13 | |||||
18 | 31 | Esteban Okon | Force İndia | 18 | 1:19.142 | 12 | |||||
19 | 11 | Serxio Peres | Force İndia | 19 | 1:19.200 | 11 | |||||
20 | 35 | Sergey Sirotkin | Williams | 20 | 1:19.301 | 12 |