F-1.az bildirir ki, komandalar artıq qızmadan yayınmaq üçün soyutma sisteminin konfiqurasiyasını dəyişiblər. Sürücülər ənənəvi olaraq təkərlərin aşınmasını yoxlamaq və düzgün sazlanmaları tapmaq üzərində işləyiblər. Sessiyanın gedişində səmanı buludlar bürüyüb və asfaltın temperaturu 10 dərəcə aşağı düşüb. Bu da təkərlərə təsirini göstərib.
Hülkenberq elektrik problemlərinə görə ilk məşqlərin böyük hissəsi ilə yanaşı, ikinci məşqlərin ilk 40 dəqiqəsini də buraxmalı olub. Mexaniklər enerji toplayıcısını əvvəl istifadə olunan toplayıcı ilə dəyişiblər.
Alonso mühərrik güc itirdiyi üçün yavaş-yavaş boksa qayıdıb, lakin bir müddətdən sonra yenidən trasa çıxıb. Vandorn beşinci döngədə yerində fırlanıb.
Səhər olduğu kimi, nəticələr bu dəfə də sıx olub və protokollara Sebastyan Fettel başçılıq edib – 1:16.834. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:16.834 | – | 45 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:16.908 | + 0:00.074 | 35 |
3 | 33 | Daniel Rikkardo | Red Bull | 1:17.061 | + 0:00.227 | 36 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:17.153 | + 0:00.319 | 40 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:17.587 | + 0:00.753 | 43 |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:17.868 | + 0:01.034 | 46 |
7 | 8 | Roman Qrojan | Haas | 1:18.065 | + 0:01.231 | 39 |
8 | 55 | Karlos Sayns | Renault | 1:18.495 | + 0:01.661 | 38 |
9 | 10 | Pyer Qasli | Toro Rosso | 1:18.518 | + 0:01.684 | 43 |
10 | 31 | Esteban Okon | Force İndia | 1:18.761 | + 0:01.927 | 41 |
11 | 11 | Serxio Peres | Force İndia | 1:18.850 | + 0:02.016 | 42 |
12 | 14 | Fernando Alonso | McLaren | 1:18.857 | + 0:02.023 | 38 |
13 | 20 | Kevin Maqnussen | Haas | 1:18.880 | + 0:02.046 | 35 |
14 | 27 | Niko Hülkenberq | Renault | 1:18.913 | + 0:02.079 | 23 |
15 | 28 | Brendon Hartli | Toro Rosso | 1:18.916 | + 0:02.082 | 41 |
16 | 9 | Markus Eriksson | Sauber | 1:19.043 | + 0:02.209 | 42 |
17 | 16 | Şarl Lekler | Sauber | 1:19.137 | + 0:02.303 | 38 |
18 | 18 | Ləns Stroll | Williams | 1:19.645 | + 0:02.811 | 45 |
19 | 2 | Stoffel Vandorn | McLaren | 1:19.712 | + 0:02.878 | 38 |
20 | 35 | Sergey Sirotkin | Williams | 1:19.770 | + 0:02.936 | 45 |