F-1.az xəbər verir ki, 12-ci yerdən start alan, yarışboyu ötmələrlə yüksələn və yekunda 4-cü olan Daniel Rikkardo “Günün Sürücüsü” seçilib. Red Bull-un Avstraliyalı sürücüsü cari mövsümdə Çin və Monako yarışlarından sonra üçüncü dəfədir ki, bu ada layiq görülür.
Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Fernando Alonso |
Bəhreyn Qran Prisi | Pyer Qasli |
Çin Qran Prisi | Daniel Rikkardo |
Azərbaycan Qran Prisi | Şarl Lekler |
İspaniya Qran Prisi | Lyuis Həmilton |
Monako Qran Prisi | Daniel Rikkardo |
Kanada Qran Prisi | Sebastyan Fettel |
Fransa Qran Prisi | Sebastyan Fettel |
Avstriya Qran Prisi | Maks Ferstappen |
Britaniya Qran Prisi | Lyuis Həmilton |
Almaniya Qran Prisi | Lyuis Həmilton |
Macarıstan Qran Prisi | Daniel Rikkardo |