Macarıstan-2018: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri Macarıstandakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, adətən Mercedes-i hər yarışda favorit hesab edən idarə bu dəfə Red Bull və Ferrari-yə daha çox inanır. Düzdür, Həmiltona verilən əmsal aşağıdır, lakin Bottas üçün olan əmsala baxdıqda bunu görmək olur. Keçən il burada qalib gəlmiş Fettel əsas favorit hesab olunur…

Macarıstan Qran Prisində qələbə (sürücülər)
Sebastyan Fettel 2.87
Lyuis Həmilton 3.75
Maks Ferstappen 4.33
Daniel Rikkardo 5.00
Valtteri Bottas 13.00
Kimi Rəykkönen 15.00

 

Həmilton Almaniya Qran Prisindəki göydəndüşmə qələbədən sonra çempionatda yenidən liderliyə yüksəlib. Onsuz da onun titul qazanacağına inanan bukmeykerlərin inamını daha da artırıb.

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.61
Sebastyan Fettel 2.37
Valtteri Bottas 101.00
Kimi Rəykkönen, Daniel Rikkardo, Maks Ferstappen 201.00

 

Bukmeykerlərin Mühəndislər Kubokunda Mercedes-ə olan inamı dəyişmir.

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.50
Ferrari 2.50
Red Bull 51.00

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*