F-1.az bildirir ki, Sauber komandasında Şarl Leklerin əvəzinə Antonio Covinatsi sükan arxasına keçib. Digər komandalar isə əsas sürücüləri ilə işləyiblər. Trasın vəziyyəti qənaətbəxş olmayıb. İlk məşq sessiyasının olmasına baxmayaraq, tribunalara xeyli azarkeş toplaşıb.
Eriksson və Ferstappen yerlərində fırlanıblar, lakin ciddi bir şey baş verməyib. Eriksson sonda yenə trasdan çıxıb, lakin bu dəfə porebriklər maşının altlığını zədələyib və isveçli sürücü üçün sessiya başa çatıb. İlk saatın sonunda Hülkenberq mühərrik güc itirdiyi üçün yeddinci döngədə dayanmalı olub. Məşqlər başa çatdıqdan sonra Hartli son döngədə təhlükəsizlik zonasına çıxıb.
Protokollara Daniel Rikkardo başçılıq edib – 1:17.613. Məşqlər nahardan sonra davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 3 | Daniel Rikkardo | Red Bull | 1:17.613 | – | 30 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:17.692 | + 0:00.079 | 24 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:17.701 | + 0:00.088 | 29 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:17.948 | + 0:00.335 | 23 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:18.036 | + 0:00.423 | 28 |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:18.470 | + 0:00.857 | 20 |
7 | 8 | Roman Qrojan | Haas | 1:18.975 | + 0:01.362 | 17 |
8 | 27 | Niko Hülkenberq | Renault | 1:19.025 | + 0:01.412 | 14 |
9 | 55 | Karlos Sayns | Renault | 1:19.128 | + 0:01.515 | 32 |
10 | 20 | Kevin Maqnussen | Haas | 1:19.187 | + 0:01.574 | 29 |
11 | 10 | Pyer Qasli | Toro Rosso | 1:19.352 | + 0:01.739 | 30 |
12 | 14 | Fernando Alonso | McLaren | 1:19.690 | + 0:02.077 | 24 |
13 | 28 | Brendon Hartli | Toro Rosso | 1:19.841 | + 0:02.228 | 32 |
14 | 18 | Ləns Stroll | Williams | 1:20.012 | + 0:02.399 | 33 |
15 | 31 | Esteban Okon | Force İndia | 1:20.065 | + 0:02.452 | 30 |
16 | 2 | Stoffel Vandorn | McLaren | 1:20.151 | + 0:02.538 | 28 |
17 | 11 | Serxio Peres | Force İndia | 1:20.159 | + 0:02.546 | 27 |
18 | 36 | Antonio Covinatsi | Sauber | 1:20.293 | + 0:02.680 | 31 |
19 | 35 | Sergey Sirotkin | Williams | 1:20.307 | + 0:02.694 | 28 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:20.697 | + 0:03.084 | 12 |