F-1.az xatırladır ki, səhər Felipe Massanın sessiyada iştirakı sual altında idi – dünən ikinci məşqlərdən sonra braziliyalı sürücü özünü pis hiss etmişdi və Pol di Restanı onu əvəzləməyə hazırlaşmışdı. Amma səhər Felipeni müayinə edən həkimlər onda ciddi bir şey tapmayıblar və sürücünü sessiyaya buraxıblar. Lakin bugünkü sessiyanın sonunda Massa yenidən özünü pis edib və mexaniklər FW40-ın pedallarını di Restaya uyğun dəyişməyə başlayıblar.
Həmilton, Massa və Peres trasdan çıxsalar da, maşınlara zərər dəyməyib. Sessiyanın ortasında Rikkardo 9-cu döngədə dayanmalı olub – ötürmələr qutusu 5-ci ötürmədə ilişibq alıb. Daniel cəmi 7 dövrə vuraraq maşını tərk edib.
Artıq 15-ci dəqiqədə Kimi Rəykkönen trasın mütləq rekorduna imza atıb, ondan bir qədər sonra isə Fettel komanda yoldaşının nəticəsini daha yarım saniyə yaxşılaşdırıb – 1:17.017.
Ferrari-nin Macarıstanda üstünlüyü komandanın Monakoda 3-cü məşqlərdə olduğundan daha çoxdur, ona görə də hamı sıralanma turunu maraqla gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:17.017 | – | 17 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:17.492 | + 0:00.475 | 16 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:17.914 | + 0:00.897 | 15 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:18.194 | + 0:01.177 | 25 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:18.434 | + 0:01.417 | 14 |
6 | 2 | Stoffel Vandorn | McLaren | 1:18.638 | + 0:01.621 | 18 |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:18.699 | + 0:01.682 | 20 |
8 | 3 | Daniel Rikkardo | Red Bull | 1:18.714 | + 0:01.697 | 7 |
9 | 14 | Fernando Alonso | McLaren | 1:18.884 | + 0:01.867 | 14 |
10 | 30 | Colion Palmer | Renault | 1:18.956 | + 0:01.939 | 19 |
11 | 55 | Karlos Sayns | Toro Rosso | 1:19.300 | + 0:02.283 | 22 |
12 | 31 | Esteban Okon | Force İndia | 1:19.352 | + 0:02.335 | 22 |
13 | 26 | Daniel Kvyat | Toro Rosso | 1:19.455 | + 0:02.438 | 23 |
14 | 11 | Serxio Peres | Force İndia | 1:19.609 | + 0:02.592 | 22 |
15 | 8 | Roman Qrojan | Haas | 1:19.622 | + 0:02.605 | 21 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:19.895 | + 0:02.878 | 19 |
17 | 19 | Felipe Massa | Williams | 1:20.255 | + 0:03.238 | 12 |
18 | 18 | Ləns Stroll | Williams | 1:20.379 | + 0:03.362 | 24 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:20.446 | + 0:03.429 | 24 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:20.748 | + 0:03.731 | 19 |