F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 1-ci, 2-ci, 4-cü, 10-cu, 11-ci və 12-ci döngələrin çöl tərəflərindəki işlənmiş təkərlərdən qurulmuş baryerlərin uzunluğu artırılıb. İlk döngənin sol tərəfinə torşəkilli hasar əlavə edilib. 4-cü və 11-ci döngələrin çıxışlarına isə ikiqat porebriklər quraşdırılıb.
FİA-nın saytına istinadən bildiririk ki, ötmə zonaları Hunqarorinqdə dəyişməz qalır. 14-cü döngədən 5 metr əvvəl yerləşən yeganə interval ölçmə nöqtəsində iki maşın arasındakı fərq 1 saniyədən az olarsa, onda arxada olan sürücü ardıcıl iki DRS zonasında arxa qanadın hərəkətli elementini aktivləşdirərək hücum edə biləcək. Birinci ötmə zonası 14-cü döngədən 130 metr, ikinci ötmə zonası isə 1-ci döngədən 6 metr sonra başlayır.