Macarıstan-2017: Tras və statistika

Bu trasda 1986-cı ildə keçirilmiş ilk yarış o vaxt Sovetlər Birliyində də keçirilə bilərdi. Cənab Ekklstoun çempionatın mərhələlərindən birini “dəmir pərdələr” arxasında keçirmək fikrində idi, namizəd kimi Sovetlər İttifaqı, Çin, Yuqoslaviya irəli sürülmüşdü, amma Berni son anda öz seçimini Macarıstanda saxladı.

Çempionatın rəhbəri Budapeştə baş çəkdi, razılıq verdi və rekord səkkiz ay müddətinə avtodrom tikildi. Qəzetlər yazırdı ki, Berni yerli məmurları məftun etdiyindən layihəyə “yaşıl işıq” verilmişdi.

Berni sonradan yarışın promouteri olan Tomaş Frankla dərhal dil tapdı: onlar uzun müddət dostluq etdilər – 2012-ci ilin yayında Tomaş dünyasını dəyişənə qədər. Təsəvvür edin ki, müqavilə 1985-ci ilin sentyabrın 10-da imzalanmış, tikinti işləri oktyabrın 1-də başlamış və artıq 1986-cı il martın 24-də avtodromda yoxlama yarışı keçirilmişdi. Həmin ilin avqustunda isə Hunqarorinqdə ilk Formula1 mərhələsi baş tutmuşdu.

2012-ci ilin payızında Ekksltoun Macarıstan Qran Prisi ilə müqaviləni 2021-ci ilə qədər uzatdı – yarışın təşkilatçıları yeni müqavilənin sonuna qədər avtodromda rekonstruksiya işləri görməklə yanaşı, həm də trasın konfiqurasiyasını da dəyişməyi nəzərdə tutublar.

FORMULA 1 PIRELLI MAGYAR NAGYDÍJ 2017
Tarix Tras Dövrənin uzunluğu Dövrələrin sayı Yarış məsafəsi
28-30 iyul 2017 Hungaroring 4381 m 70 306.630 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Dövrədə orta sürətə görə Hunqarorinq yalnız Monakonu qabaqlayır, bu çox yavaş trasdır və düzgün sazlanmaları tapmaq həmişə çətindir. Hunqarorinqdə ötmək asan deyil, hərçənd geniş təhlükəsizlik zonaları risk etməyə imkan verir, iki DRS zonası isə mövqe uğrunda mübarizəni qismən asanlaşdırır.

Adətən ilin bu vaxtında ölkədə isti və günəşli hava olur. Tras digər yarışlar üçün mütəmadi istifadə olunmadığı üçün cümə günü asfaltla ilişmə zəif olur, ona görə də təkərlərin yeyilməsini qiymətləndirmək və yarışa strategiya qurmaq üçün şənbə sərbəst yürüşləri böyük əhəmiyyət daşıyır. Xatırladaq ki, keçən il trasa yeni asfalt qatı döşənmişdi və asfaltla ilişmə çox yaxşılaşmışdı.

Hunqarorinq yavaş və texniki trasdır, sürücülərin fiziki imkanlarına yüksək tələbkardır, çünki sürücülər daim əylənmə zonasında və döngələrdə olurlar, dincəlməyə macal tapmırlar, hətta start-finiş düzlüyü də çox uzun deyil. Əylənmələr sərt olmasalar da, əyləclərin yeyilmə səviyyəsi çox yüksəkdir, çünki soyumağa macal tapmırlar. Maşınlar maksimal asfaltayatma qüvvəsinə sazlanırlar, aerodinamik sazlanmalar isə Barselona və ya Monakonu xatırladır. Asılqan kifayət qədər yumşaq olmalıdır ki, asfaltla stabil ilişməyə imkan versin.

Trasın 14 döngəsindən 12-də sürət 200 km/saat civarında olur, bu isə optimal aerodinamik balans, trasla yaxşı mexaniki ilişmə və effektiv sürətlənmə tələb edir. Hunqarorinqdə yaxşı start almaq çox vacibdir, çünki yavaş 2-ci və 3-cü döngələrdə peleton uzanır.

2016-cı ilin Macarıstan Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
Sessiya Hava Sürücü Komanda Zaman
1-ci sərbəst yürüşlər Buludlu. Qurumaqda olan tras Lyuis Həmilton Mercedes AMG 1:21.347
2-ci sərbəst yürüşlər Buludlu. Quru Niko Rosberq Mercedes AMG 1:20.435
3-cü sərbəst yürüşlər Buludlu. Quru Niko Rosberq Mercedes AMG 1:20.261
Sıralanma turu Buludlu. Yağış, qurumaqda olan tras Niko Rosberq Mercedes AMG 1:19.965
Yarışda sürətli dövrə Günəşli. Quru Kimi Rəykkönen Ferrari 1:23.086

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Macarıstan Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Macarıstan Qran Prisinin sessiyaları, Bakı vaxtılə
Tarix Sessiya Zaman TV
28 iyul 1-ci sərbəst yürüşlər 12:00
28 iyul 2-ci sərbəst yürüşlər 16:00
29 iyul 3-cü sərbəst yürüşlər 13:00
29 iyul Sıralanma turu 16:00 15:50
30 iyul Yarış 16:00 15:30

 

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli trasa orta üçlüyü – SuperSoft, Soft və Medium tərkiblərini gətirəcək. Təkərlərin yüklənməsi ortadır, yan yüklənmələr isə tez-tez istiqamət dəyişmələri və yüksək asfaltayatma qüvvəsi üzündən yüksəkdir. Ən çox sol arxa təkər yüklənir.

Sürücü Komanda Medium Soft  SuperSoft
Lyuis Həmilton Mercedes AMG 1 3 9
Valtteri Bottas Mercedes AMG 1 3 9
Daniel Rikkardo Red Bull 1 3 9
Maks Ferstappen Red Bull 1 2 10
Sebastyan Fettel Ferrari 1 3 9
Kimi Rəykkönen Ferrari 1 3 9
Serxio Peres Force İndia 1 2 10
Esteban Okon Force İndia 1 2 10
Felipe Massa Williams 1 2 10
Ləns Stroll Williams 1 2 10
Fernando Alonso McLaren 1 2 10
Stoffel Vandorn McLaren 1 2 10
Karlos Sayns Toro Rosso 1 3 9
Daniil Kvyat Toro Rosso 1 3 9
Roman Qrojan Haas 1 4 8
Kevin Maqnussen Haas 1 4 8
Niko Hülkenberq Renault 1 2 10
Colion Palmer Renault 1 2 10
Markus Eriksson Sauber 1 3 9
Paskal Verlyayn Sauber 1 3 9

 

STATİSTİKA

Hazırkı pilotların Macarıstan Qran Prisində nəticələri
Pilot QP Xallar Poul Podium Qələbə
L.Həmilton 10 134 5 6 5
F.Alonso 15 113 2 5 1
S.Fettel 10 103 2 4 1
K.Rəykkönen 14 95 1 7 1
D.Rikkardo 6 55 3 1
F.Massa 14 38
R.Qrojan 5 29 1
M.Ferstappen 2 22
D.Kvyat 3 18 1
N.Hülkenberq 7 9
V.Bottas 5 6
K.Sayns 2 4
S.Peres 6 2
M.Eriksson 3 1
K.Maqnussen 2
P.Verlyayn 1
C.Palmer 1
S,Vandorn
E.Okon
L.Stroll

 

Macarıstan Qran Prisinin qalibləri
Tarix Tras Poul Qələbə
24.07.2016 Hunqarorinq N.Rosberq Mercedes AMG L.Həmilton Mercedes AMG
26.07.2015 Hunqarorinq L.Həmilton Mercedes AMG S.Fettel Ferrari
27.07.2014 Hunqarorinq N.Rosberq Mercedes AMG D.Rikkardo Red Bull
28.07.2013 Hunqarorinq L.Həmilton Mercedes AMG L.Həmilton Mercedes AMG
29.07.2012 Hunqarorinq L.Həmilton McLaren L.Həmilton McLaren
31.07.2011 Hunqarorinq S.Fettel Red Bull C.Batton McLaren
01.08.2010 Hunqarorinq S.Fettel Red Bull M.Uebber Red Bull
26.07.2009 Hunqarorinq F.Alonso Renault L.Həmilton McLaren
03.08.2008 Hunqarorinq L.Həmilton McLaren H.Kovalaynen McLaren
05.08.2007 Hunqarorinq L.Həmilton McLaren L.Həmilton McLaren
08.08.2006 Hunqarorinq K.Rəykkönen McLaren C.Batton Honda
31.07.2005 Hunqarorinq M.Şumaxer Ferrari K.Rəykkönen McLaren
15.08.2004 Hunqarorinq M.Şumaxer Ferrari M.Şumaxer Ferrari
24.08.2003 Hunqarorinq F.Alonso Renault F.Alonso Renault
18.08.2002 Hunqarorinq R.Barrikello Ferrari R.Barrikello Ferrari
19.08.2001 Hunqarorinq M.Şumaxer Ferrari M.Şumaxer Ferrari
13.08.2000 Hunqarorinq M.Şumaxer Ferrari M.Həkkinen McLaren
15.08.1999 Hunqarorinq M.Həkkinen McLaren M.Həkkinen McLaren
16.08.1998 Hunqarorinq M.Həkkinen McLaren M.Şumaxer Ferrari
10.08.1997 Hunqarorinq M.Şumaxer Ferrari J.Vilnöv Williams
11.08.1996 Hunqarorinq M.Şumaxer Ferrari J.Vilnöv Williams
13.08.1995 Hunqarorinq D.Hill Williams D.Hill Williams
14.08.1994 Hunqarorinq M.Şumaxer Benetton M.Şumaxer Benetton
15.08.1993 Hunqarorinq A.Prost Williams D.Hill Williams
16.08.1992 Hunqarorinq R.Patreze Williams A.Senna McLaren
11.08.1991 Hunqarorinq A.Senna McLaren A.Senna McLaren
12.08.1990 Hunqarorinq T.Butsen Williams T.Butsen Williams
13.08.1989 Hunqarorinq R.Patreze Williams N.Mənsell Ferrari
07.08.1988 Hunqarorinq A.Senna McLaren A.Senna McLaren
09.08.1987 Hunqarorinq N.Mənsell Williams N.Pike Williams
10.08.1986 Hunqarorinq A.Senna Lotus N.Pike Williams
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*