Macarıstan-2017: Pirelli-dən Medium, Soft və SuperSoft

Çempionatın inhisarçı təkər təchizatçısı Pirelli şirkəti Macarıstan mərhələsi üçün orta üçlüyü - Medium, Soft və Supersoft tərkiblərini seçib: üçlük mövsümdə 6-cı dəfə istifadə olunacaq.

F-1.az xatırladır ki, iki həftə əvvəl Silverstounda da eyni tərkiblərdən istifadə olunmuşdu, amma bu dəfə Medium-un seçilməsi sürətli döngələrdə yüklənmə ilə deyil, isti hava üzündən təkərlərin daha sürətlə dağılma ehtimalı ilə izah olunub…

Mario İzola: “Keçən il Hunqarorinqdə yeni asfalt qatı döşənmişdi – bir ildən sonra onun xarakteristikasının nə qədər dəyişməsi bizim üçün çox maraqlıdır. Keçən il asfalt örtüyü əvvəlki ilə müqayisədə daha hamar və sürətli idi.

Həftəsonuna təkər dəstlərinin say seçimində komandalar Soft və SuperSoft tərkiblərinə üstünlük veriblər, yəni strategiya bu tərkiblər üzərində qurulacaq. Macarıstanda strategiya əsas həlledici faktordur, çünki ötmək çətindir, ona görə də sərbəst yürüşlərdə yeni maşınlarla məlumatın toplanması prosesi əvvəlkindən də vacib olacaq”.

Qran Pridən 2 gün sonra Macarıstanda baş tutacaq testlərdə Pirelli gələn ilin təkərlərini Mercedes-in builki maşını ilə yoxlayacaq.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*