Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Fernando Alonso (McLaren), Markus Eriksson (Sauber), Niko Hülkenberq (Renault) və Sebastyan Fettel (Williams) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Kevin Maqnussen (Haas), Serxio Peres (Force İndia), Stoffel Vandorn (McLaren) və Maks Ferstappen (Sauber) mətbuat işçilərinin qarşısında oturacaqlar.
Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Mattia Binotto (Ferrari), Mario İzola (Pirelli) və Frederik Vassyör (Sauber), sonra isə Nik Çester (Renault), Pəddi Lou (Williams) və Pol Monaqan (Red Bull) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…