F-1.az xəbər verir ki, Renault nahardan əvvəl qəzaya uğramış Palmerin maşınını tam bərpa edib qurtara bilməyib – maşının altlığını dəyişmək lazım gəlib. Haas-ın mexanikləri isə Maqnussenin maşını üzərində işlərini davam etdiriblər – səhər Kevini əvəz etmiş Antonio Covinatsi də ciddi qəzaya uğramışdı. Yekunda Palmer 25 dəqiqədən sonra trasa çıxa bilib, Maqnussen isə bir saatdan çox vaxt itirib.
Stroll və Massa yenə də trasdan kənara çıxıblar, amma maşınlara ciddi zərər verməyiblər. Rəykkönen gözlənilmədən motorun gücünü itirib, amma mühəndis radio ilə ona mühərriyi işə salmaqda kömək edib, Kimi boksa qayıdıb və sonra trasda işini davam etdirib. Yenə də sessiyanın ortasından bir az keçmiş qırmızı bayraqlar peyda olublar – 11-ci döngədə Verlyayn böyük sürətlə trasdan çıxaraq baryerlərə çırpılıb. Paskal kokpiti müstəqil tərk edib və tibbi mərkəzə müayinə üçün göndərilib. 12 dəqiqəlik pauzadan sonra sessiyaya restart verilib. Həkimlər isə almaniyalı sürücünü sərbəst buraxıblar.
Vandorn isə növbəti dəfə Honda güc qurğusu ilə problemlər yaşayıb – maşın sürətini itirib, mühəndis sürücüdən yavaş-yavaş boksa qayıtmağı xahiş edib və Stoffel bir daha trasa çıxmayıb.
Sessiyanın 72-ci dəqiqəsində Palmer gün ərzində ikinci dəfə qəzaya uğrayıb – bu dəfə 14-cü döngədə trasdan çıxan maşının arxa tərəfi baryerlərə çırpılıb: sessiya qırmızı bayraqlarla dayandırılıb.
Sürücülər sessiyaya Soft təkərlərlə dövrələr seriyası ilə başlayıblar, sonra isə SuperSoft təkərlərə keçiblər. Nahardan əvvəl olduğu kimi, protokollara Daniel Rikkardo başçılıq edib – 1:18.455, amma 3 komandanın sürücüləri cəmi yarım saniyənin içindədirlər. Sabah səhər məşqlər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 3 | Daniel Rikkardo | Red Bull | 1:18.455 | – | 32 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:18.638 | + 0:00.183 | 28 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:18.656 | + 0:00.201 | 33 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:18.755 | + 0:00.300 | 28 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:18.779 | + 0:00.324 | 31 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 1:18.951 | + 0:00.496 | 25 |
7 | 27 | Niko Hülkenberq | Renault | 1:19.714 | + 0:01.259 | 33 |
8 | 14 | Fernando Alonso | McLaren | 1:19.815 | + 0:01.360 | 31 |
9 | 55 | Karlos Sayns | Toro Rosso | 1:19.834 | + 0:01.379 | 35 |
10 | 2 | Stoffel Vandorn | McLaren | 1:19.909 | + 0:01.454 | 18 |
11 | 31 | Esteban Okon | Force İndia | 1:20.126 | + 0:01.671 | 34 |
12 | 11 | Serxio Peres | Force İndia | 1:20.266 | + 0:01.811 | 33 |
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:20.577 | + 0:02.122 | 37 |
14 | 18 | Ləns Stroll | Williams | 1:20.791 | + 0:02.336 | 31 |
15 | 19 | Felipe Massa | Williams | 1:20.869 | + 0:02.414 | 22 |
16 | 30 | Colion Palmer | Renault | 1:21.175 | + 0:02.720 | 12 |
17 | 20 | Kevin Maqnussen | Haas | 1:21.345 | + 0:02.890 | 11 |
18 | 8 | Roman Qrojan | Haas | 1:21.504 | + 0:03.049 | 25 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:21.559 | + 0:03.104 | 31 |
20 | 94 | Paskal Verlyayn | Sauber | 1:21.722 | + 0:03.267 | 16 |