F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava günəşli olacaq və temperatur +30 dərəcəyə çatacaq. Şənbə və bazar günləri hava bir qədər buludlu olacaq, termometrlər maksimum +29 dərəcəni göstərəcəklər. Yağıntı ehtimalı isə 20%-dir.
Xatırladaq ki, keçən il burada birinci sərbəst yürüşlər və sıralanma turu zamanı asfalt nəm olmuşdu, digər sessiyalar isə quru havada baş tutmuşdu.