Xatırladaq ki, keçən il burada birinci sərbəst yürüşlər və sıralanma turu zamanı asfalt nəm olmuşdu, digər sessiyalar isə quru havada baş tutmuşdu.
F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava günəşli olacaq və temperatur +27 dərəcəyə çatacaq. Hava şənbə günü +29, bazar günü isə +32 dərəcəyə qədər qızacaq. Yağıntı yalnız cümə günü gözlənilir, lakin ehtimal 20%-dən artıq deyil.