Macarıstan-2017: Günün sürücüsü – Kimi Rəykkönen

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarış ərzində çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa komanda yoldaşının arxasında ikinci yerdən başlayan, yarışın sonunda Lyuis Həmiltonun hücumlarına baxmayaraq, yerini qoruya bilən Kimi Rəykkönen  “Günün Sürücüsü” seçilib. Ferrari-nin finlandiyalı sürücüsü ilk dəfə bu ada layiq görülüb.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Sebastyan Fettel
Çin Qran Prisi Maks Ferstappen
Bəhreyn Qran Prisi Sebastyan Fettel
Rusiya Qran Prisi Valtteri Bottas
İspaniya Qran Prisi Sebastyan Fettel
Monako Qran Prisi Sebastyan Fettel
Kanada Qran Prisi Sebastyan Fettel
Azərbaycan Qran Prisi Ləns Stroll
Avstriya Qran Prisi Valtteri Bottas
Britaniya Qran Prisi Daniel Rikkardo
Macarıstan Qran Prisi Kimi Rəykkönen
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*