F-1.az xəbər verir ki, Williams komandasının mexanikləri hamıdan sürətli olduqlarını bu dəfə də təsdiq ediblər. Keçən yarışda bu ilin təkərləri ilə göstərdikləri rekord nəticəni təkrarlaya bilməsələr də, ilk iki yeri tutublar. Onların mövsümün sonuna qədər liderliyi əldən verəcəkləri inandırıcı görünmür. Son üç yarışda topladıqları xal isə 6 komandadan olan həmkarlarının mövsüm ərzində topladıqları xaldan çoxdur.
İlk üçlüyü Toro Rosso mexanikləri Kvyatla etdikləri pit-stopla tamamlayıblar. Onlar Saynsın maşınına etdikləri qulluqla da fərqləniblər və bu nəticə ümumilikdə 6-cı olub. Ferrari də ilk onluqda iki yer tutan digər komanda olub. Renault nəhayət ki, xal hesabını aça bilib, Sauber isə çempionatda olduğu kimi, burada da son pilləyə yuvarlanıb. Force İndia son üç yarışda heç bir xal toplamayan yeganə komandadır…
Komanda | Cəmi | ||||||||||||||||||||
Williams | 40 | 25 | 31 | 20 | 12 | 12 | 25 | 0 | 43 | 31 | 43 | 287 | |||||||||
Mercedes AMG | 26 | 1 | 8 | 20 | 40 | 33 | 30 | 12 | 15 | 33 | 12 | 230 | |||||||||
Red Bull | 6 | 27 | 19 | 25 | 18 | 25 | 8 | 18 | 10 | 22 | 0 | 178 | |||||||||
Ferrari | 11 | 20 | 10 | 1 | 6 | 1 | 16 | 25 | 14 | 1 | 14 | 119 | |||||||||
Toro Rosso | 12 | 10 | 1 | 20 | 20 | 10 | 0 | 1 | 12 | 0 | 23 | 109 | |||||||||
Force İndia | 6 | 12 | 30 | 4 | 1 | 4 | 17 | 27 | 0 | 0 | 0 | 101 | |||||||||
Haas | 0 | 6 | 0 | 0 | 4 | 8 | 0 | 12 | 4 | 10 | 6 | 50 | |||||||||
McLaren | 0 | 0 | 2 | 6 | 0 | 8 | 5 | 6 | 2 | 4 | 1 | 34 | |||||||||
Renault | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 2 | 2 | |||||||||
Sauber | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 | 0 | 1 |