Macarıstan-2017: Bukmeyker cədvəlləri

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, Britaniyada möhtəşəm qələbə qazanan Həmiltonun şansları çempionatdakı əsas rəqibi Fetteldən 2-3 dəfə çox qiymətləndirilib. Mercedes-in Ferrari-ni hər yarışda daha da üstələməsi və Bottasın mükəmməl çıxışı da əmsallara təsir edib – bukmeykerlərin fikrincə, Valtteri və Sebastyanın qələbə qazanmaq şansları təxminən eynidir.

Avstriya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 1.80
Sebastyan Fettel 5.00
Valtteri Bottas 5.50
Daniel Rikkardo, Maks Ferstappen 13.00
Kimi Rəykkönen 19.00

 

Silverstoundakı yarışdan əvvəl Həmilton və Fettelin şansları bərabər qiymətləndilirdi, lakin britaniyalının çempionatdakı xal fərqini minimuma endirməsi nətcəsində bu dəfə tam fərqli rəqəmlərlə qarşılaşırıq. Bottas isə xal fərqini azaltdıqca, əmsalları da liderlərə yaxınlaşır…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.57
Sebastyan Fettel 3.00
Valtteri Bottas 13.00
Daniel Rikkardo, Maks Ferstappen, Kimi Rəykkönen, Felipe Massa 1001.00

 

Bukmeykerlər Mercedes-in Mühəndislər Kubokunda qələbəsinə pul qoyuluşunu hələ ki, qəbul edirlər. Lakin əmsal çox kiçikdir…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.10
Ferrari 7.00
Red Bull 1501.00
Force İndia, Williams, McLaren, Toro Rosso, Haas, Renault, Sauber 2501.0
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*