Macarıstan-2017: Birinci sərbəst yürüşlər

Hunqarorinq il ərzində mütəmadi istifadə olunmadığı üçün səhər asfalt örtüyünün vəziyyəti yaxşı olmayıb - amma keçən il döşənmiş yeni asfaltla ilişmə elə də pis olmayıb.

F-1.az bildirir ki, tozlu və sürüşkən trasda Vandorn yerində fırlanıb, Qrojan trasdan çıxaraq baryerlərə ilişib – arxa qanadını zədələyən fransalı sürücü özünü boksa çatdıra bilib. Fettel isə yerində fırlandıqdan sonra çınqıllı sahəyə düşüb.

İki komanda gənc sürücülərin işləməsi üçün imkan yaradıb: Force İndia-da Alfonso Seliş və Haas-da Antonio Covinatsi komandaların əsas sürücülərini əvəzləyiblər.

Sessiyanın ortasından bir qədər sonra qırmızı bayraqlar dalğalanıb – Covinatsi 11-ci döngədə trasdan çıxaraq baryerlərə çırpılıb, asılqanı dağılmış maşının təxliyəsi 7 dəqiqə çəkib.

Massa və Stroll maşını zədələmədən trasdan kənara səyahət ediblər. Son dəqiqələrdə isə yenidən qırmızı bayraqlar peyda olublar – 4-cü döngədə porebrikə hücum zamanı Palmerin maşınında ön qanad qırılıb, tras isə qırıntılarla dolub.

Protokollara isə Daniel Rikkardo başçılıq edib – avstraliyalı sürücü trasın mütləq rekorduna cəmi yarım saniyə uduzub. Nahardan sonra məşqlər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 3 Daniel Rikkardo Red Bull 1:18.486 31
2 7 Kimi Rəykkönen Ferrari 1:18.720 + 0:00.234 20
3 44 Lyuis Həmilton Mercedes AMG 1:18.858 + 0:00.372 31
4 33 Maks Ferstappen Red Bull 1:19.162 + 0:00.676 27
5 77 Valtteri Bottas Mercedes AMG 1:19.248 + 0:00.762 30
6 5 Sebastyan Fettel Ferrari 1:19.563 + 0:01.077 21
7 14 Fernando Alonso McLaren 1:19.987 + 0:01.501 21
8 2 Stoffel Vandorn McLaren 1:20.005 + 0:01.519 24
9 27 Niko Hülkenberq Renault 1:20.150 + 0:01.664 25
10 30 Colion Palmer Renault 1:20.461 + 0:01.975 27
11 19 Felipe Massa Williams 1:20.540 + 0:02.054 28
12 11 Serxio Peres Force İndia 1:20.574 + 0:02.088 23
13 26 Daniil Kvyat Toro Rosso 1:20.780 + 0:02.294 27
14 55 Karlos Sayns Toro Rosso 1:20.917 + 0:02.431 25
15 18 Ləns Stroll Williams 1:20.974 + 0:02.488 29
16 8 Roman Qrojan Haas 1:21.313 + 0:02.827 20
17 34 Alfonso Seliş Force İndia 1:21.602 + 0:03.116 24
18 8 Markus Eriksson Sauber 1:21.785 + 0:03.299 31
19 50 Antonio Covinatsi Haas 1:22.251 + 0:03.765 8
20 94 Paskal Verlyayn Sauber 1:22.490 + 0:04.004 29
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*