F-1.az xatırladır ki, iki saat davam edən sıralanma turunda sürücülər bütün tip təkərlərdən istifadə ediblər. Sıralanma turu yağış altında başlamışdı – birinci sessiya dörd dəfə qırmızı bayraqlarla dayandırılmışdı. İkinci sessiyada sürücülər keçid təkərlərlə, üçüncü sessiyada isə sliklərlə mübarizə aparmışdılar.
Sıralanma turunun son dəqiqəsində hamının sürətli dövrədə olduğu bir anda Fernando Alonso yerində fırlanmışdı – ispaniyalı sürücünün arxasında olan Lyuis Həmilton sarı bayraqlara görə sürətini azaltmışdı, daha geridə olan Rosberq isə poul qazanmışdı.
Təşkilatçılar bu il trasın asfalt örütüyünü yeniləyiblər, ona görə də sürücülər asfaltla ilişmədən razı qalıblar. Bundan başqa trasda ənənəvi olan kələ-kötür yerləri də hamarlayıblar. Trasboyu porebriklər yenilənib, trasın hüdudlarından 4-cü və 11-ci döngələrdə kənara çıxan sürücülərin qanun pozuntuları isə elektron cihazlar vasitəsilə qeydə alınıb. Çarli Uaytinq növbəti dəfə xəbərdarlıq edib ki, yarışın gedişində 3-cü qanun pozuntusundan sonra qara-ağ bayraq göstərilməklə sürücüyə son xəbərdarlıq ediləcək, daha bir trasdan kənara səyahət isə pit-leyndən keçməklə cəzalandırılacaq.
Pirelli Hunqarorinqə orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Medium-dan heç kim istifadə etməyib, SuperSoft sürətli olsa da, tez yeyildiyi üçün yarış strategiyası Soft təkərlər üzərində qurulub. Sıralanma turu yağışlı olduğu üçün sürücülərin kifayət qədər təzə təkər dəstləri qalıb və strateqlər müxtəlif variantlar üzərində baş sındırıblar.
Bazar günü ənənəvi olaraq hava çox qızıb, asfaltın temperaturu +50 dərəcəni keçib. Kvyat, Peres, Rəykkönen, Palmer, Massa, Haryanto və Eriksson Soft təkərlərlə starta çıxıblar, digər sürücülər isə SuperSoft-a üstünlük veriblər.
Startda Həmilton liderliyi ələ alıb, ilk döngədə Rikkardonu da önə buraxan Rosberq növbəti döngədə avstraliyalını qabaqlaya bilib. Alonso Saynsı, Bottas isə Hülkenberqi startda keçiblər, Kvyat isə geriləyərək 20-ci yerə düşüb. 2-ci dövrənin sonunda ilk onluq: Həmilton – Rosberq – Rikkardo – Ferstappen – Fettel – Alonso – Sayns – Batton – Bottas – Hülkenberq.
Həmilton DRS hücumlardan qorunmaq üçün Rosberqdən uzaqlaşaraq özünü sığortalayıb. Batton əyləc pedalının işləməməsindən gileylənib, mühəndis onun trasda qalmasını xahiş edib – hansısa cihaz sıradan çıxıb. Censon sistemi yenidən yükləyib, problem həll olunub, amma Censonun komanda ilə radio danışıqlarında stüardlar qanun pozuntusu gördükləri üçün britaniyalı sürücü pit-leyndən keçməklə cəzalandırılıb.
10-cu dövrədə Verlyayn pit-stoplar dalğasına start verib, 12-ci dövrədə Nasr, 15-ci dövrədə Fettel, Hülkenberq və Qrojan, 16-cı dövrədə Rikkardo, Alonso və Qutyerres, 17-ci dövrədə Həmilton, Ferstappen, Sayns və Bottas ilk pit-stoplarını gerçəkləşdiriblər – Ferstappen boksda ləngidiyi üçün trasa hələ pit-stop etməmiş Rəykkönenin arxasında qayıdıb, dərhal bir neçə hücum etsə də, finalndiyalı sürücünü keçə bilməyib.
18-ci dövrədə yarışın lideri Rosberq mexaniklərinə qonaq olub – almaniyalı sürücü trasa 2-ci yerdə qayıdıb. Rosberq Lyuislə fərqi azaltmağa başlayıb, Rikkardo isə öz növbəsində Rosberqlə fərqi azaldıb.
28-ci dövrədə Peres, 30-cu dövrədə isə Rəykkönen trasda sonuncu olaraq ilk dəfə boksa yollanıblar. Kimi Alonsonun arxasında trasa qayıtsa da, elə ilk cəhdindən onu keçib. 31-ci dövrənin sonunda ilk onluq: Həmilton – Rosberq – Rikkardo – Fettel – Ferstappen – Rəykkönen – Alonso – Sayns – Bottas – Peres.
34-cü dövrədə Rikkardo ikinci dəfə boksa üz tutub, 36-cı dövrədə isə mövsümün ikinci yarısı başlayıb 🙂
37-ci dövrədə Verlyayn, Qrojan və Maqnussen, 38-ci dövrədə Qutyerres, 39-cu dövrədə Ferstappen, 41-ci dövrədə Hülkenberq və Palmer yeni təkərlərə keçiblər – Niko boksda ləngidiyi üçün Colion trasa öndə qayıdıb.
42-ci dövrədə Həmilton, Fettel və Peres boksa tələsiblər – Peresi mexanikləri gözləmədikləri üçün sürücü vaxt itirməli olub. 43-cü dövrədə Rosberq və Sayns da sonuncu dəfə boksa baş çəkiblər.
49-cu dövrədə Palmer 4-cü döngədə səhvə yol verib, trasdan çıxıb və bir neçə yer itirərək trasa qayıdıb. 51-ci dövrədə Rəykkönen yeni təkərlərlə trasa qayıdıb. 52-ci dövrənin sonunda ilk onluq: Həmilton – Rosberq – Rikkardo – Fettel – Ferstappen – Rəykkönen – Alonso – Sayns – Bottas – Hülkenberq.
52-ci dövrədə 3-cü dəfə trasın hüdudlarına məhəl qoymayan Alonsoya qara-ağ bayraq göstərilib. Qutyerres mavi bayraqlara məhəl qoymayaraq Həmiltonu buraxmadığı üçün Rosberq fərqi minimuma endirib. Estebanı keçdikdən sonra Lyuis uzaqlaşmağa çalışıb, meksikalı sürücüyə isə 5 saniyəlik cərimə gəlib.
57-ci dövrədə Rəykkönen Fertsappenə növbəti hücumu zamanı gənc sürücü trayektoriyasını 2 dəfə dəyişdiyi üçün sürücülər arasında təmas yaşanıb – Ferrari-nin ön qanadında bəzi lövhələr qırılıb. 62-ci dövrədə Batton yarışda mübarizəni dayandıran ilk sürücü olub. Rəykkönenin hücumları davam edib, amma pressinq altında Ferstappen səhvə yol verməyib.
Lyuis Həmilton Macarıstan Qran Prisində qalib gəlməklə mövsümdə 5-ci, karyerasında isə 48-ci qələbəsini qazanıb. Lyuis bu qələbəsindən sonra mövsümdə ilk dəfə çempionatda liderliyə yüksəlib. Lyuis həm də Hunqarorinqdə 5 qələbə qazanmış ilk sürücü olub.
Həmilton və Rosberqin mövsümdə 5 qələbəsi olub, Niko bu gün finişdə 2-ci olduğu üçün Mercedes AMG mövsümdə 3-cü dəfə qələbə dubluna sevinib. Daniel Rikkardo isə podiumun ən aşağı pilləsinə qalxıb. Mühəndislər Kubokunda isə Red Bull və Ferrari-ni ikincilik uğrunda mübarizədə cəmi bir xal ayırır.
Gələn həftə mübarizə Hokkenhaymda davam edəcək – bizi yay tətilindən öncə çox maraqlı həftəsonu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:40:30.115 | 2 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | + 0:01.977 | 2 |
3 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:27.539 | 2 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:28.213 | 2 |
5 | 33 | Maks Ferstappen | Red Bull | + 0:48.659 | 2 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:49.044 | 2 |
7 | 14 | Fernando Alonso | McLaren | + 1 dövrə | 2 |
8 | 55 | Karlos Sayns | Toro Rosso | + 1 dövrə | 2 |
9 | 77 | Valtteri Bottas | Williams | + 1 dövrə | 2 |
10 | 27 | Niko Hülkenberq | Force İndia | + 1 dövrə | 2 |
11 | 11 | Serxio Palmer | Force İndia | + 1 dövrə | 2 |
12 | 30 | Caolion Palmer | Renault | + 1 dövrə | 2 |
13 | 21 | Esteban Qutyerres (*) | Haas | + 1 dövrə | 2 |
14 | 8 | Roman Qrojan | Haas | + 1 dövrə | 2 |
15 | 20 | Kevin Maqnussen | Renault | + 1 dövrə | 2 |
16 | 26 | Daniil Kvyat | Toro Rosso | + 1 dövrə | 2 |
17 | 12 | Felipe Nasr | Sauber | + 1 dövrə | 2 |
18 | 19 | Felipe Massa | Williams | + 2 dövrə | 2 |
19 | 94 | Paskal Verlyayn | Manor | + 2 dövrə | 2 |
20 | 9 | Markus Eriksson | Sauber | + 2 dövrə | 3 |
21 | 88 | Rio Haryanto | Manor | + 2 dövrə | 1 |
(*) – Esteban Qutyerres mavi bayraqlara məhəl qoymadığı üçün yekun nəticəsinin üzərinə 5 saniyə əlavə olunub
Sürətli dövrə: Kimi Rəykkönen (Ferrari) – 1:23. 086 (52-ci dövrə, 189.822 km/saat)
MÜBARİZƏNİ DAYANDIRAN:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Censon Batton | McLaren | 62 | hidravlik sistem |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG F1 Team | 192 | |
2 | 6 | Niko Rosberq | Mercedes AMG F1 Team | 186 | |
4 | 3 | Daniel Rikkardo | Red Bull Racing | 115 | |
3 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 114 | |
5 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 110 | |
6 | 33 | Maks Ferstappen | Red Bull Racing | 100 | |
7 | 77 | Valtteri Bottas | Williams Martini Racing | 56 | |
8 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 47 | |
9 | 19 | Felipe Massa | Williams Martini Racing | 38 | |
10 | 55 | Karlos Sayns | Scuderia Toro Rosso | 30 | |
11 | 8 | Roman Qrojan | Haas F1 Team | 28 | |
12 | 27 | Niko Hülkenberq | Sahara Force İndia F1 Team | 27 | |
13 | 14 | Fernando Alonso | McLaren Honda Formula 1 Team | 24 | |
14 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 23 | |
15 | 22 | Censon Batton | McLaren Honda Formula 1 Team | 13 | |
16 | 20 | Kevin Maqnussen | Renault Sport Formula 1 Team | 6 | |
17 | 94 | Paskal Verlyayn | Manor Racing MRT | 1 | |
18 | 47 | Stoffel Vandorn | McLaren Honda Formula 1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG F1 Team | Mercedes | 378 |
2 | Scuderia Ferrari | Ferrari | 224 |
3 | Red Bull Racing | TAG Heuer | 223 |
4 | Williams Martini Racing | Mercedes | 94 |
5 | Sahara Force İndia F1 Team | Mercedes | 74 |
6 | Scuderia Toro Rosso | Ferrari | 45 |
7 | McLaren Honda Formula 1 Team | Honda | 38 |
8 | Haas F1 Team | Ferrari | 28 |
9 | Renault Sport Formula 1 Team | Renault | 6 |
10 | Manor Racing MRT | Mercedes | 1 |