F-1.az bildirir ki, yeni örtüyn təkərlərin yeyilməsinə təsiri barədə hələ heç kimdə dolğun məlumat yoxdur – hətta Pirelli MotorSport-un başçısı Pol Hembri də proqnoz verməkdən çəkinib…
Pol Hembri: “Macarıstan yarışı komandaların qarşısında Silverstoun trasında olan vəzifələrdən fərqli vəzifələr qoyur. Buna baxmayaraq, bəzi komandalar Silverstoun testlərində Hunqarorinq üçün hazırlanmış yenilikləri yoxlamışdılar – bu yeniliklərin nə dərəcədə effektiv olmasına baxmaq maraqlı olardı.
Trasın asfalt örtüyü tamamilə yenilənib və biz eyni tərkibli asfaltın Avstriyada həftəsonunun gedişinə necə təsir etdiyini gördük. Macarıstanda da vəziyyət eyni ssenari üzrə cərəyan edə bilər, ona görə də cümə sərbəst yürüşləri çox əhəmiyyət kəsb edəcək”.