Cümə axşamı Markus Eriksson (Sauber), Felipe Massa (Williams), Serxio Peres (Force İndia), Niko Rosberq (Mercedes AMG), Karlos Sayns (Toro Rosso) və Maks Ferstappen (Red Bull) jurnalistlərin suallarına cavab verməli olacaqlar.
Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Cok Klia (Ferrari), Günter Ştayner (Haas), Monişa Kaltenborn (Sauber), Ceyms Ki (Toro Rosso), Pət Simonds (Williams) və Remi Taffen (Renault) əvəz edəcəklər.
F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…