F-1.az bildirir ki, sessiyanın 12-ci dəqiqəsində marşallar qırmızı bayraqlara əl atıbalr – Həmilton 11-ci döngədə qəzaya uğrayıb, maşın yerində fırlandıqdan sonra böyrü üstə baryerlərə çırpılıb.
Lyuis boksa qayıdıb və bir daha trasa çıxmayıb – qəza anında yüklənmə 12G olduğu üçün britaniyalı sürücü tibbi mərkəzə göndərilib, amma Lyuis tezliklə ordan buraxılıb. Baryerlərin bərpası 7 dəqiqə çəkib.
Fernando Alonso da boksda vaxt itirib – nahar zamanı mexaniklər ispaniyalı sürücünün maşınında mühərriyi dəyişməli olublar.
Colion Palmer nahardan əvvəl olduğu kimi, yenə də boksda ləngiməli olub. Nasr və Sayns isə trasda dayanaraq işlərini vaxtından əvvəl qurtarıblar.
Protokollara Niko Rosberq başçılıq edib – 1:20.435, Kimi Rəykkönen isə ən böyük məsafəni qət edib – 46 dövrə. Sabah səhər məşqlər davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:20.435 | – | 45 |
2 | 3 | Daniel Rikkardo | Red Bull | 1:21.030 | + 0:00.595 | 36 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:21.348 | + 0:00.913 | 31 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:21.770 | + 0:01.335 | 35 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:21.960 | + 0:01.525 | 4 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:22.058 | + 0:01.623 | 46 |
7 | 14 | Fernando Alonso | McLaren | 1:22.328 | + 0:01.893 | 21 |
8 | 22 | Censon Batton | McLaren | 1:22.387 | + 0:01.952 | 34 |
9 | 27 | Niko Hülkenberq | Force İndia | 1:22.449 | + 0:02.014 | 41 |
10 | 11 | Serxio Peres | Force İndia | 1:22.653 | + 0:02.218 | 38 |
11 | 21 | Esteban Qutyerres | Haas | 1:22.673 | + 0:02.238 | 38 |
12 | 19 | Felipe Massa | Williams | 1:22.681 | + 0:02.246 | 39 |
13 | 55 | Karlos Sayns | Toro Rosso | 1:22.689 | + 0:02.254 | 24 |
14 | 77 | Valtteri Bottas | Williams | 1:22.773 | + 0:02.338 | 38 |
15 | 8 | Roman Qrojan | Haas | 1:22.864 | + 0:02.429 | 28 |
16 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:22.948 | + 0:02.513 | 43 |
17 | 20 | Kevin Maqnussen | Renault | 1:23.347 | + 0:02.912 | 41 |
18 | 9 | Markus Eriksson | Sauber | 1:23.437 | + 0:03.002 | 36 |
19 | 30 | Colion Palmer | Renault | 1:23.528 | + 0:03.093 | 12 |
20 | 12 | Felipe Nasr | Sauber | 1:23.986 | + 0:03.551 | 31 |
21 | 94 | Paskal Verlyayn | Manor | 1:23.992 | + 0:03.557 | 22 |
22 | 88 | Rio Haryanto | Manor | 1:24.265 | + 0:03.830 | 3 |