Macarıstan-2016: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, Lyuis Həmilton sevimli traslarından birində qələbəyə əsas favorit olacaq. Çempionatda bir xal üstünlüyə malik olan Niko Rosberqin şansları bir qədər az qiymətləndirilib. Maraqlıdır ki, bukmeykerlər Ferstappeni Fetteldən daha şanslı hesab edirlər.

Macarıstan Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.00
Niko Rosberq 3.00
Maks Ferstappen 9.00
Sebastyan Fettel 10.00
Daniel Rikkardo 11.00
Kimi Rəykkönen 29.00
Serxio Peres, Niko Hülkenberq 101.00
Valtteri Bottas, Felipe Massa, Karlos Sayns, Censon Batton, Fernando Alonso 201.00

 

Titul uğrunda mübarizədə bukmeykerlər yalnız 3 komandanın sürücülərinin şanslı olduğunu qeyd ediblər. Lyuisin ev trasında qələbəsindən sonra titul şansları da güclənib. Çempionatda hazırda 3-cü olan Kimi Rəykkönenin şansları isə Fetteldən və Red Bull sürücülərindən az dəyərləndirilib.

Dünya çempionatında qələbə (sürücülər)
Lyuis Həmilton 1.33
Niko Rosberq 3.25
Sebastyan Fettel 81.00
Daniel Rikkardo 201.00
Maks Ferstappen 301.00
Kimi Rəykkönen 501.00

 

Mühəndislər Kubokunda isə faktiki olaraq mübarizə başa çatıb – Mercedes AMG komandasının qələbəsi heç kimdə şübhə doğurmur, Red Bull isə Ferrari-nin önündə mövsümü başa vuracaq…

Dünya çempionatında qələbə (komandalar)
Mercedes AMG 1.00
Red Bull 81.00
Ferrari 101.00
Williams, Force İndia, McLaren 2501.00

 

Saytımızdakı sorğuda siz də qələbəyə əsas namizədin adını seçə bilərsiniz…

[wpolling id=”12″ width=”” height=””]

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*