F-1.az bildirir ki, ilk məşqlərdə iki komandada müvəqqəti dəyişiklik edilib – Renault komandasında Kevin Maqnusseni Esteban Okon, Haas komandasında isə Esteban Qutyerresi Şarl Lekler əvəz ediblər.
Hunqarorinqdə hamıya tanış olan kələ-kötür yerlər yox çıxıb, bütün trasa yeni asfalt qatı döşənib – ona görə də komandalar yeni örtükdə təkərlərin davranışını qiymətləndirməyə çalışıblar. Trasda sürətlə artıb, artıq sessiyanın ortasında Niko Rosberq keçənilki pouldan sürətli nəticəyə imza atıb.
Sessiya zamanı ciddi insident baş verməyib. Alonso sonuncu, Batton 5-ci, Lekler 6-cı döngədə yerində fırlanıblar. Fettel isə 12-ci döngədə trasdan çıxmalı olub. Palmer maşındakı problem üzündən sessiyanın böyük bir hissəsini boksda keçirməli olub.
Protokollara Lyuis Həmilton başçılıq edib – 1:21.347, komanda yoldaşı Rosberqlə günün ən böyük məsafəsini də Lyuis qət edib – hərəyə 34 dövrə. Nahardan sonra məşqlər davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:21.347 | – | 34 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:21.584 | + 0:00.237 | 34 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:22.991 | + 0:01.644 | 22 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:23.082 | + 0:01.735 | 19 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:23.174 | + 0:01.827 | 28 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 1:23.457 | + 0:02.110 | 27 |
7 | 14 | Fernando Alonso | McLaren | 1:23.935 | + 0:02.588 | 28 |
8 | 22 | Censon Batton | McLaren | 1:23.961 | + 0:02.614 | 18 |
9 | 8 | Roman Qrojan | Haas | 1:24.013 | + 0:02.666 | 22 |
10 | 11 | Serxio Peres | Force İndia | 1:24.073 | + 0:02.726 | 29 |
11 | 27 | Niko Hülkenberq | Force İndia | 1:24.120 | + 0:02.773 | 29 |
12 | 19 | Felipe Massa | Williams | 1:24.154 | + 0:02.807 | 27 |
13 | 77 | Valtteri Bottas | Williams | 1:24.370 | + 0:03.023 | 33 |
14 | 55 | Karlos Sayns | Toro Rosso | 1:24.579 | + 0:03.232 | 27 |
15 | 9 | Markus Eriksson | Sauber | 1:24.981 | + 0:03.634 | 19 |
16 | 50 | Şarl Lekler | Haas | 1:25.181 | + 0:03.834 | 22 |
17 | 12 | Felipe Nasr | Sauber | 1:25.256 | + 0:03.909 | 18 |
18 | 45 | Esteban Okon | Renault | 1:25.260 | + 0:03.913 | 28 |
19 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:25.324 | + 0:03.977 | 16 |
20 | 88 | Rio Haryanto | Manor | 1:27.012 | + 0:05.665 | 23 |
21 | 94 | Paskal Verlyayn | Manor | 1:27.249 | + 0:05.902 | 9 |
22 | 30 | Colion Palmer | Renault | 1:28.560 | + 0:07.213 | 6 |