F-1.az xatırladır ki, Red Bull komandası Daniel Rikkardonun əvəzinə gözlənildiyi kimi Saynsı yox, Pyer Qaslini seçib.
Mark Zurer: “Vəziyyəti necə dəyərləndirdiyiniz çox vacibdir. Məsələn, Sauber. Lekler gələn kimi bütün komandanı dəyişdi. Amma Sayns bunu edə bilmədi. Hülkenberqlə mübarizəsinə baxın. Niko daha sürətlidir. Amma Niko komanda yoldaşı Karlosdan həm uzundur, həm də ağırdır. Buna baxmayaraq, onu keçə bilmədi. Niko indiyə kimi Karlosu məğlub edir və məncə, Saynsı şişirdirlər.
Toro Rosso-da Maks Ferstappenə yaxın performans göstərirdi. Aralarında kiçik fərqin olduğunu dedilər. Amma bu idmanda hər şeyi kiçik fərqlər əmələ gətirir”.