F-1.az xatırladır ki, Kimi Rəykkönen ilk iki yarışda komanda yoldaşı Sebastyan Fetteldən geridə qalmış və bundan sonra komandanın prezidenti Sercio Markionne sürücüsü Kimi Rəykköneni sərt tənqid etmişdi.
Mark Zurer: “Onların Kimi ilə bu cür davranmaları ədalətli deyil. Rəykkönen mühərrikdən və asfaltayatma qüvvəsindən şikayət edir. Bu, komandanın problemidir. Sürücünü tənqid etməmişdən əvvəl boliddəki problemləri düzəltmək lazımdır”.