F-1.az xatırladır ki, Red Bull komandası qış testlərində gözləntiləri qarşılamamış və Ferrari ilə Mercedes-in gerisində qamışdı.
Mark Zürer: “Red Bull bəsit dizaynı olan bolid düzəldib. Hazırda reallıq budur ki, Renault mühərrikləri Ferrari və Mercedes mühərriklərindən geridə qalırlar. Rəqibləri ilə mübarizə edəcək səviyyədə deyillər. Amma Melburndakı yarışa qədər Ədriən Nyuidən güclü yenilik gözləyirəm. Bunu əvvəllər də edib və işini bilən adamdır”.
Zurer hesab edir ki, Verlyayn ilk yarışlarda çətinlik çəkəcək: “Paskal zədədən yeni qayıdıb və trasda az vaxt keçirib. Sauber isə Ferrari-nin keçənilki mühərriyindən istifadə edir və builki mühərriklərin inkişafı göz qabağındadır. Buna görə də onları çətin mövsüm gözləyir”.