F-1.az xatırladır ki, Audi 2026-cı ildə Sauber-lə ortaq olmaqla idmana gələcək. Almaniyalı şirkətin komandaya alman sürücüləri gətirəcəyi güman edilir. Hazırda peletonda 2 almaniyalı pilot – Fettel və Şumaxer – var.
Lakin Şumaxerin gələcəyi müəmmalıdır. Dedi-qodulara görə o mövsümün sonunda Haas-dan qovulacaq və yerinə Niko Hülkenberq gələcək. Audi-nin idmana gəlməsinə isə hələ 3 il var.
Mark Zurer: “Hazırda Audi-nin siyahısında çox alman sürücü yoxdur. Mik Şumaxer digərlərini bir addım qabaqlayır. İki ildir Formula1-də yarışır və təcrübəsi var. Buna görə də Audi üçün real seçimdir. Bəs o növbəti illərdə bu boşluğu necə dolduracaq?”