F-1.az xatırladır ki, britaniyalı sürücü Meksikada 4-cü Dünya Çempionu titulunu əldə etdikdən sonra qələbə qazana bilməyib.
Mark Zurer: “Lyuis əyləncə xoşlayandır və buna görə onu mühakimə edə bilmərik. Lakin düşünürəm ki, bu xasiyyətinə görə geriyə düşür. Bir gün öz-özünə “sabah yenə də yarışacam?” deyə soruşar və bu, məncə, çox təhlükəli vəziyyətdir. Əylənməklə peşəkarlıq arasında incə xətt var və buna görə də diqqətli olmalıdır.
Bottas da yaxşı sürücüdür, amma Lyuislə eyni səviyyədə deyil. Həmilton formada olduğu zaman onunla çox az adam mübarizə apara bilər. Valtteri də həmin adamlardan deyil.
Gələn il Red Bull da mübarizəyə qoşulsa, əla olar. Neçə ildir ki, 3 komanda arasında mübarizə görmürük”.