F-1.az xatırladır ki, Lyuis Həmilton Yaponiya Qran Prisinin cümə axşamı keçirilən mətbuat konfransı zamanı Snapchat mobil tətbiqindən istifadə etmiş, buna görə də hörmətsizlik etdiyi irəli sürülərək tənqid atəşinə tutulmuşdu. Lyuis bu hadisədən sonra şənbə günü Mercedes-in təşkil etdiyi konfransı tərk etmişdi.
Mark Zurer: “Hər il milyonlarla avro qazanır – deyəsən 30 milyon avrodan çox. Lakin jurnalistlərin suallarına düz-əməlli cavab vermək istəmir. Bir qədər peşəkar olmalıdır”.