M.Zurer: Haas səhv elədi

Sabiq Formula1 sürücüsü Mark Zurer düşünür ki, Haas Mik Şumaxeri göndərməklə səhv edib.

F-1.az xatırladır ki, Haas komandası 2022-ci ilin sonunda almaniyalı sürücü ilə yollarını ayırmış və əvəzinə daha təcrübəli Niko Hülkenberqi gətirmişdi.

Mark Zurer: “Məsələyə Mark tərəfdən baxsaq, iki il ərzində Formual1 təhsili alması üçün pul xərclədilər və sonra onunla yolları ayırdılar. Bəlkə də, 2023-cü ildə irəliyə doğru addım atardı.

Mən qısamüddətdə təcrübəli və uğura ac olan sürücü seçərəm, amma uzun müddətdə Mik daha yaxşı seçim idi. Meksikada sıralanma turunda istedadını göstərmişdi.

Biz hələ də onun ən yaxşı performansını görmədik. Mik yaxşı sürücüdür və yaxşı sürücülər Dünya Çempionu olurlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*